Page 29 - talesiz
P. 29
TALESİZ 29
әslindә, necә olduğunu mәn heç cür öyrәnә bilmәdim,
çünki atam tez sözü dәyişib yenidәn ögey anamın üzәrinә
gәtirdi, yadıma saldı ki, internatdan evә verilmәyimә görә
mәhz ona borcluyam, bu sәbәbdәn yerim dә “daim bu
evdә, analığımın yanında” olmalıdır.
Atam onun barәsindә hәlә çox danışdı vә mәn ögey
anamın söhbәtdә niyә iştirak etmәdiyini indi başa düş-
düm: yәqin, bu şeylәri eşitmәk ondan ötrü münasib
olmazdı. Mәni isә söhbәt yenә dә bәrk yormağa baş-
lamışdı. Mәndәn söz vermәyimi istәyәndә atama nә vәd
etdiyim yadımda deyil, amma son anda mәnә elә gәldi
ki, sonuncu sözlәrindәn sonra birdәn-birә, hәtta bir qәdәr
qәribә şәkildә onun ağuşunda peyda oldum. Bilmirәm,
göz yaşlarımın axması bu sәbәbdәn idi, yoxsa sadәcә
bәrk yorulduğuma görә. Ya da, ola bilsin, ögey anamla
sәhәrki söhbәtdәn sonra, heç özüm dә dәrk etmәdәn göz
yaşımın mütlәq axacağına artıq hazırlaşmışdım. Hәr necә
olsa, yaxşı ki, elә belә alındı: hiss etdim ki, ağlamağımı
görmәk atam üçün dә xoşdur. Sonra o, mәni yatmağa
göndәrdi. Boynuma alım ki, bu, çox yerinә düşdü, çünki
ayaq üstdә güclә duruş gәtirirdim. Yuxuya getmәzdәn
qabaq hәlә fikirlәşmәyә macal da tapdım: zavallı atam,
әn azından, әmәk düşәrgәsinә yaxşı keçirdiyi günün xoş
xatirәsiylә yollanacaq.
2
Atamla ayrıldığımız vaxtdan iki ay keçirdi. Artıq
yay idi, amma bizi gimnaziyada çoxdan, hәlә yazda tәtilә
buraxmışdılar. Demişdilәr müharibәyә görәdir. Şәhәri
tez-tez bombalayırdılar, yәhudilәr barәsindә dә yeni qa-
nunlar qәbul edilmişdi. Artıq iki hәftәdir ki, mәn әmәk
mükәllәfiyyәtli hesab olunuram. Rәsmi bildiriş kağızı
göndәrilib ki, “daimi iş yerinә hәqiqi tәyinat alıram”.