Page 30 - talesiz
P. 30
İMRE KERTES

Kağızda mәnә belә müraciәt olunub: “Dyord Keveş,
çağırışçı, kömәkçi işlәrdә qulluq göstәrmәyә yararlı”. O
dәqiqә bildim ki, “Levente”nin1 mәmurları bu işә әl
qoyublar. Eşitmişdim ki, әmәk düşәrgәsindә işlәmәk
hәddinә çatmamış mәn yaşda yәhudi uşaqlarını hazırda
zavodlara, yaxud başqa yerlәrә, başqa müәssisәlәrә
göndәrirlәr. Mәnimlә bir dәstәdә yaşı on beşә yaxın daha
on sәkkiz yeniyetmә vardı. İş yerimiz Çepeldәdir2, “Şell
neftayırma zavodu” adlanan hansısa sәhmdar cәmiyyәtin
müәssisәsidir. İşә düzәlmәyim sayәsindә hәtta müәyyәn
imtiyazlar da әldә etdim, çünki sarı ulduzla şәhәrdәn
30 kәnara çıxmaq, ümumiyyәtlә, qadağan idi. İndi mәnә
hәrbi müdafiә müәssisәsinin qırmızı möhürlü vәsiqәsi
verilmiş, üzәrindә dә yazılmışdı: “Çepel gömrük sәrhә-
dini keçmәk hüququ verilir”.

İşin özü, düzünә qalsa, lap dözülmәz dәrәcәdә dә
ağır deyildi, dәstәmizin yaxşı olduğunu nәzәrә alanda isә,
ümumiyyәtlә, şikayәtlәnmәyә әsas yox idi. Biz bәnna-
ların yanında qara-qura işlәri görürdük. Mәsәlә burasın-
dadır ki, zavod hava hücumlarına mәruz qalmışdı vә
bizim vәzifәmiz tәyyarәlәrin vurduğu ziyanı aradan
qaldırmaq idi. Usta bizә normal münasibәt göstәrirdi:
hәftәnin sonunda digәr usta kömәkçilәri kimi, bizә dә
müәyyәn miqdarda mәvacib yazırdı. Ögey anam vәsiqә-
mә görә yamanca sevinirdi. İndiyәcәn evdәn bir yana
gedәndә hәmişә әsәbilәşirdi, narahat olurdu ki, birdәn
yoxlasalar, şәxsiyyәtimi tәsdiq etmәk üçün heç nәyim
yoxdur. İndi narahat olmaya bilәrdi: üstümdә daşdan
keçәn sәnәdim vardı vә bu sәnәd tәsdiqlәyirdi ki, mәn

1 Levente – Xortist Macarıstanında gəncləri hərbi xidmətə hazırlayan,
həmçinin onların ideoloji tərbiyəsi ilə məşğul olan kütləvi təşkilat
2 Çepel – Budapeştin cənubunda ada; hazırda Macarıstanda liman qurğuları-
nın və bir çox sənaye müəssisələrinin yerləşdiyi inzibati rayonlardan biri. XX
əsrin 20–30-cu illərində Çepeldə azad liman statuslu beynəlxalq liman vardı.
   25   26   27   28   29   30   31   32   33   34   35