Page 33 - talesiz
P. 33
TALESİZ 33

belә hallarda necә hәrәkәt etmәyi özü hamıdan daha
yaxşı bilir.

Hәftәdә iki dәfә, axşam düşәndә anama baş çәkmә-
yә gedirdim; indiyәcәn dә hәmişә belә olmuşdu. Onunla
qayğım daha çoxdur. Әslindә, atamın qabaqcadan bildir-
diyi kimi, ögey anamın yanında yaşamağımla, yerimin
onun evindә olmasıyla anam heç cür barışa bilmir. Deyir
ki, mәn ona mәxsusam, yәni doğma anama. Amma orası
da mәlumdur ki, mәhkәmә mәni atama verib vә belәdә
heç danışmağa da lüzum yoxdur, çünki qәrarı heç kәs
lәğv etmәyib. Amma anam hәlә ötәn hәftә dә mәni sorğu-
suala tutmuşdu ki, kiminlә qalmaq istәyirәm. Bunu әbәs
yerә soruşmurdu, çünki belә hesab edirdi ki, burada әn
vacib olan – mәnim istәyimdir. Bir dә soruşdu ki, mәn
onu sevirәmmi. Dedim: “Әlbәttә, sevirәm!” Onda anam
fikrini belә izah elәdi ki, sevmәk kimәsә “bağlı” olmaq
demәkdir vә görür ki, mәn ögey anama bağlıyam. Mәn
onu inandırmağa çalışdım ki, sәhvi var, belә baxanda,
mәsәlә heç dә mәndә deyil, ona mәlum olduğu kimi, bu
qәrarı atam verib. Anam cavab verdi ki, burada söhbәt
sәndәn gedir, sәnin hәyatından gedir, odur ki qәrarı da
sәn özün vermәlisәn, bir dә, kimi sevib, kimi sevmәdiyin
“sözdә yox, rәftarda sübut olunur”. Onun yanından
qayğılı çıxdım; axı bu cür düşünmәyinә yol verә
bilmәzdim ki, guya onu sevmirәm. Eyni zamanda anamın
digәr fikrini ciddi qәbul etmәyim dә mümkün deyil ki,
guya burada әn vacib olan şey mәnim istәyimdir, hәr şey
öz ürәyimin hökmündәn asılıdır vә öz hәyatıma aid hәr
bir mәsәlәdә qәrarı da mәhz özüm vermәliyәm. Belә
baxanda, bu mübahisә mәnim yox, bilavasitә onların
mübahisәsidir vә bir halda ki, belәdir, onda
valideynlәrimdәn hansınınsa tәrәfini tutmaq mәnimçün
elә dә münasib deyil. Bir dә, axı atama necә xәyanәt
   28   29   30   31   32   33   34   35   36   37   38