Page 37 - talesiz
P. 37
TALESİZ 37

yimi, ayaqqabımı dәyişdim, yaş daraqla saçlarımı qay-
daya saldım vә onunla bir mәrtәbә yuxarıda yaşayan
bacılara qonaq getdik. Qabaqcadan planlaşdırdığı kimi,
Annamariya artıq mәni onlara tәqdim etmişdi. Qızların
anası bizi sevinclә qarşıladı (onların da atası әmәk
düşәrgәsindәydi). İki böyük, bir kiçik otaqdan ibarәt
eyvanlı, xalçalı mәnzillәri pis deyildi. Kiçik otaq bacılar
üçün nәzәrdә tutulmuşdu. Burada pianino qoyulmuşdu,
çoxlu kukla vә qızlara aid әşyalar vardı. Qabaqlar burada
kart oynayardıq, amma indi böyük bacının belә şeylәrә
hәvәsi yox idi. İstәyirdi ki, bizimlә son vaxtlar ona әzab
verәn, üzәrindә daim baş sındırdığı bir mәsәlәdәn
danışsın. Söhbәt sarı ulduzdan gedirdi. Bu qızı nәyinsә
çox güclü şәkildә dәyişdiyini düşünmәyә vә dәrk
elәmәyә “adamların ona necә baxması” mәcbur elәmişdi;
hә, o görürdü ki, camaatın ona münasibәti dәyişib;
“özünә qarşı nifrәt hiss edir”, bunu adamların gözündәn
oxuyurdu. Bax elә bu sәhәr dә anası onu dükana göndә-
rәndә eyni qәrәzli, hiddәtli baxışları hiss edib. Mәnә elә
gәldi ki, qız bir qәdәr şişirdir. Әn azından, şәxsi tәcrübәm
onun danışdıqlarıyla tam üst-üstә düşmürdü. Bax,
mәsәlәn, bizim zavoddakı bәnnaların arasında da yәhudi-
lәrdәn zәhlәsi gedәnlәr var, bu, hamıya mәlumdur.
Bununla belә, biz yeniyetmәlәrlә, demәk olar, hamısı
dostlaşdı. Amma bu heç dә onların baxışlarını dәyişmir,
heç bir tikә dә dәyişmir. Sonra yadıma çörәkçi ilә bağlı
bir hadisә düşdü, istәdim bunun timsalında böyük bacıya
nәyisә izah edim, başa salım ki, adamlar şәxsәn ona nifrәt
elәmirlәr, axı onlar heç onu tanımır, yaxşı, ya pis
olduğunu bilmirlәr; adamların nifrәt elәdiyi şәxsәn kimsә
deyil, adına “yәhudi” deyilәn hansısa tәsәvvür, hansısa
ideyadır. Onda qız bildirdi ki, elә bu mәsәlәnin üzәrindә
dә yaxşı-yaxşı düşünüb, çünki bunun nә olduğunu
mahiyyәt etibarilә çox da başa düşmür. Düzdür, Anna-
   32   33   34   35   36   37   38   39   40   41   42