Page 41 - talesiz
P. 41
TALESİZ 41
deyәsәn, mәn, hәqiqәtәn dә, xәcalәtә bәnzәr nәsә hiss
elәdim.
Biz artıq pillәkәndә olanda isә qәfildәn anladım ki,
bu hissiyyata qapılmaqla, deyәsәn, Annamariyanın
xәtrinә dәymişәm, özü dә bәrk dәymişәm. Belә ki, onun
özünü necәsә başqa cür apardığını aşkarca gördüm, hәtta
nәsә soruşanda mәnә heç cavab da vermәdi. İstәdim
әlindәn yapışım, ancaq tez әlini geri çәkdi vә qaçıb getdi;
mәn pillәkәn meydançasında tәk qaldım.
Ertәsi axşam hәmişәki kimi bizә gәlәcәyini nahaq
gözlәdim. Ona görә bacıların mәnzilinә tәk qalxmağa
cürәt elәmәdim, axı bu vaxtacan ora birgә getmişdik, hәm
dә indi bacılar soruşa bilәrdi ki, ona nә olub. Vә ümumiy-
yәtlә, indi mәn dünәn axşam böyük bacının dediklәrini
daha yaxşı başa düşürdüm.
Düzdür, hәr necә olsa, axşam Annamariya Fleyş-
manların evindә peyda oldu. Di gәl, mәnimlә әvvәlcә çox
quru danışdı; üzünün sәrt ifadәsi yalnız o zaman yum-
şaldı ki, mәndәn bacıların yanında vaxtımı yaxşı keçirib-
keçirmәdiyimi soruşanda belә cavab verdim: “Orada
olmamışam”. O, niyәsini soruşdu, mәn dә düzünü söy-
lәdim: “Sәnsiz getmәk istәmәdim”. Gördüm ki, cavabım
xoşuna gәlib. Bir müddәtdәn sonra o hәtta mәnimlә
balıqlara baxmağa da razılaşdı, oradan isә tam barışmış
vәziyyәtdә qayıtdıq. Axşam başa çatanda Annamariya
bütün bu hekayәtlә bağlı axırıncı iradını bildirdi: “Bu,
bizim ilk mübahisәmiz idi”.
3
Ertәsi gün başıma bir qәdәr qәribә iş gәldi. Sәhәr
yuxudan vaxtında durdum vә hәmişәki kimi işә yollan-
dım. Avtobus bu gün dә ağzınacan dolu idi. Havanın isti
olacağı görünürdü. Artıq şәhәrdәn çıxmışdıq, avtobus