Page 44 - talesiz
P. 44
İMRE KERTES

deyirdilәr. Yeri gәlmişkәn, bu ayama mәnә çox uğurlu
görünürdü: qara, hamar, qәşәng saçları, iri qonur gözlәri,
biclik yağan cәlbedici tәbәssümü onu, hәqiqәtәn, bir
qәdәr әdabaza oxşadırdı. Sonradan öyrәndim ki, bu
ayamanı ona qızlarla yaxşı dil tapa bildiyinә görә verib-
lәr. Avtobuslardan biri bizә, nәhayәt ki, Rozini gәtirib
çıxardı. Әslindә, onun soyadı Rozenberqdir, amma hamı
bu qısaldılmış şәklә üstünlük verir.

Nә sәbәbdәnsә Rozinin fikri nüfuzlu sayılırdı vә
hamımıza aid olan mәsәlәlәrdә, biz, adәtәn, onun mәslә-
hәtlәrinә qulaq asırdıq; hansısa xahişimiz olanda da, bir
44 qayda olaraq, ustanın yanına o gedirdi. Eşitmişdim ki,
ticarәt mәktәbindә oxuyur vә oranı bitirmәk üzrәdir.
Sifәti bir qәdәr uzunsov olsa da, ağıllı görünürdü. Dal-
ğalı, buruq saçları vardı, mavi gözlәrinin baxışları donuq
idi; o, muzeylәrdәki, altından “İnfant s qonçey”, yaxud
nәsә belә şeylәr yazılan hansısa qәdim rәsmi xatırladırdı.
Üz cizgilәri nәinki düzgün olmayan, hәtta deyәrdim ki,
hәdsiz dәrәcәdә eybәcәr olan bәstәboy Moşkoviç dә
gәlib çıxdı. Onun yekә burnu vardı, üstündәn linzaları
nәnәminkindәn dә qalın olan eynәk taxmışdı. Belәcә,
bütün komanda gәlib yığışdı. Hamı çaşqın idi, elә özüm
dә. Belә güman edirdik ki, yәqin, hansısa anlaşılmazlıq
baş verib, tezliklә aydınlaşar. Rozi ilә danışdıq, o da
polisә yaxınlaşıb soruşdu ki, işә gecikmәyimizә görә bizә
pis olmayacaqmı vә bizi nә vaxt buraxmaq fikrindәdirlәr.
Polis sualı eşidәndә bir tikә dә әsәbilәşmәdi, cavabı isә
belә oldu ki, mәsәlә heç dә ondan, onun nә qәrar çıxarıb-
çıxarmayacağından asılı deyil. Belә mәlum oldu ki, bizim
kimi o da çox şey bilmir; haradansa daxil olacaq hansısa
“sonrakı sәrәncamlara” әsasәn yalnız bir şey deyә bilәr:
ona da, bizә dә sәbrimizi basıb gözlәmәk lazımdır. Bax
polisin cavabı tәxminәn belә oldu. Bütün bunlar elә dә
   39   40   41   42   43   44   45   46   47   48   49