Page 47 - talesiz
P. 47
TALESİZ 47
oturub dincәlmәk yeri deyil. Yadımdadır ki, Rozi orada
ustanın yanına gedib xahiş edirdi ki, köynәyimizi çıxar-
mağa icazә versinlәr. Bu, qanuna çox da uyğun gәlmirdi:
axı köynәksiz olanda necә bilsinlәr ki, sәnin sarı ulduzun
var, yoxsa yox? Amma usta, necә dә olsa, ürәyinin
yumşaq yerinә salıb icazә vermişdi. Tәkcә kağız kimi
ağappaq dәrisi olan Moşkoviç tezliklә köynәyi çıxart-
dığına heyifsilәndi: kürәyi qıpqırmızı olmuşdu vә biz
onun parça qırıqlarını dәrisindәn necә qaşıdığına baxıb o
ki var gülmüşdük.
Bir sözlә, biz gömrük otağının skamyalarında (ço-
xumuz da döşәmәdә) rahatca әylәşmişdik; nә ilә mәşğul
olduğumuzu dәqiq deyә bilmәyәcәyәm, doğru sözümdür.
Hәr halda, hәrә ağzına gәlәni çәrәnlәyirdi, zarafatlaşırdı,
lәtifә danışırdı. Birazdan siqaret ortaya gәldi, sonra da
yemәk bağlamaları. Ustanı yada saldıq: yәqin, bu sәhәr
bizi işdә görmәyәndә tәәccüblәnib. Kimdәsә “Buğa”
oyunu üçün mismarlar tapıldı. Mәn bu oyunu burada
uşaqlardan öyrәndim: kimsә yuxarı bir mismar atır, o
birilәr dә ümumi topadakı mismarlara cumur vә göydәki
mismar sahibinin әlinә düşәnәcәn topadan әn çox mismar
götürәn adam qalib olur. Hәr dәfә uzun, çevik barmaqlı
Aradüzәldәn udurdu. Sonra Rozi bizә bir mahnı öyrәtdi
vә biz onu bir neçә dәfә dalbadal oxuduq. Mahnını
maraqlı edәn o idi ki, mәtnini üç dildә oxumaq mümkün
idi, sözlәrsә eyni qalırdı: sözün sonuna “es” şәkilçisi
artıranda mahnı sanki almanca alınırdı, “io” şәkilçisi
artıranda italyanca, “taki” şәkilçisi artıranda isә yaponca.
Әlbәttә, bunlar hamısı bir cәfәngiyyat idi, amma, hәr
halda, bizi әylәndirib darıxmağa qoymurdu.
Sonra mәn polisin dәstәyә qatdığı yaşlıları müşahidә
etmәyә başladım. Demәli, polis bizimlә olmadığı müd-
dәtdә, sәhәrki kimi, şosedә dayanıb Budapeştdәn gәlәn