Page 45 - talesiz
P. 45
TALESİZ 45
aydın sәslәnmirdi, lakin mahiyyәt etibarilә – bununla
bütün uşaqlar razı idilәr – o qәdәr qorxulu da görsәn-
mirdi. Ümumiyyәtlә isә, istәnilәn halda polisә qeyd-
şәrtsiz tabe olmaq bizim borcumuz idi. Biz dә belә
etmişdik, çünki üzәrindә hәrbi sәnaye müәssisәsinin
möhürü olan vәsiqәmizә arxayınlaşıb polisi çox da
ciddiyә almır, ondan çәkinmirdik. O isә öz tәrәfindәn
(sözlәrindәn belә çıxırdı) bizim ağıllı, düşüncәli olduğu-
muza inandığını bildirir vә ümid edirdi ki, özümüzü
axıracan da bu cür intizamlı aparacağıq. Mәndә belә
tәәssürat yaranmışdı ki, ümumilikdә biz onun xoşuna
gәlmişik. Elә özü dә bir insan kimi pis tәsir bağışlamırdı.
Rütbәsi çox da yüksәk deyildi, nә cavandı, nә qoca,
qarayanız sifәtindә çox işıqlı gözlәri olan ortayaşlı bir
adamdı. Onun bәzi sözlәrindәn mәn belә qәnaәtә gәldim
ki, kәnddә doğulub böyüyüb.
Artıq saat yeddi tamam idi; neftayırma zavodunda
hazırda iş günü başlayırdı. Avtobuslar daha tәzә uşaq
gәtirmirdi vә polis soruşdu ki, hamımız buradayıqmı.
Rozi bizi sayıb mәruzә etdi: “Hamı cәmdir”. Onda polis
dedi ki, burada, yolun qırağında durmağa lüzum yoxdur.
Nәsә qayğılı görünürdü vә mәndә belә tәәssürat yarandı
ki, bizim kimi o da nә olacağını bilmir. Hәtta soruşdu:
“İndi mәn sizinlә neylәyim?” Tәbii ki, biz bu mәsәlәdә
ona kömәk edә bilmәdik. Gülüşә-gülüşә, zarafatlaşa-
zarafatlaşa polisin әtrafında dövrә vurmuşduq, sanki
müәllimin başına toplaşmış ekskursiya sinfi idik, o isә
tәn ortamızda fikirli-fikirli dayanıb saqqalını tumarla-
yırdı. Nәhayәt, tәklif elәdi ki, gәlin gömrük otağına
gedәk.
Biz şose boyunca onun dalınca düşüb irәlilәdik vә
birazdan yolun qırağındakı birmәrtәbәli tikiliyә çatdıq.
Girişin yanındakı lövhәdә “Gömrük” sözü yazılmışdı.