Page 36 - talesiz
P. 36
İMRE KERTES

Bu axşam isә o biri otağa keçdik ki, Fleyşmanların
akvariumundakı balıqlara baxaq. Bu balıqlara indiyәcәn
çox baxmışıq, indi ora, әlbәttә ki, yalnız bundan ötrü
getmәmişdik. Öpüşәndә dilimizi dә işlәtdik. Amma bir-
azdan böyüklәrin yanına qayıtdıq, çünki Annamariya
ehtiyat edirdi ki, dayısıyla xalası nәdәnsә şübhәlәnәr.
Sonra biz oradan-buradan, hәr cür boş şeylәrdәn danış-
dıq. Haqqımda nә düşündüyü barәdә qızdan bәzi maraqlı
şeylәr öyrәndim. Misal üçün, Annamariya dedi ki, ha-
çansa mәnim onun üçün “yaxşı dost”dan daha artıq
olacağım qabaqlar heç ağlına da gәlmәzdi. Biz tanış
olanda mәn qızın gözündә başqa uşaqlar kimi, sadәcә adi
36 bir oğlan uşağı olmuşam. Amma sonradan nәsә onu mәnә
diqqәtlә, yaxşı-yaxşı baxmağa vadar edib, hәtta qızda
mәnә qarşı qәribә maraq da oyanıb. Әvvәlcә ona elә gәlib
ki, bunun sәbәbi atalarımızın cәmiyyәtdә eyni mövqe
tutmalarıdır vә mәnim ayrı-ayrı fikirlәrimi eşidәrkәn bu
qәnaәtә gәlib ki, bәzi mәsәlәlәrә münasibәtdә biz eyni
cür düşünürük. Vәssalam, o vaxt bundan artığını qәti
ağlına gәtirmirmiş. “Lakin hәyatda hәr şey necә dә
qәribәymiş”, – deyib, düşüncәlәrini belә yekunlaşdırdı:
“Görünür, belә dә olmalıymış”. Qızın üzündә nәsә qeyri-
adi, ciddi ifadә vardı. Mübahisә elәmәdim, hәrçәnd onun
dünәn dediyi ilә daha çox razılaşırdım ki, hәr şeyin
baiskarı bombadır. Amma, әlbәttә, buna tam әmin de-
yildim; üstәlik dә, görürdüm ki, belә onun daha çox
xoşuna gәlir. Az sonra xudahafizlәşdik, çünki sabah işә
getmәk üçün yuxudan tez durmalıydım. Qızın әlini
sıxanda dırnağını ovcuma batırdı, hәtta bu, mәni bir az
ağrıtdı da. Başa düşdüm ki, mәnә ortaq sirrimizi xatır-
ladır, üzündә dә sanki yazılmışdı: “Hәr şey qaydasın-
dadır”.

Ertәsi gün Annamariya özünü bir qәdәr qәribә
apardı. Axşam zavoddan evә qayıdanda yuyunub, köynә-
   31   32   33   34   35   36   37   38   39   40   41