Page 31 - talesiz
P. 31
TALESİZ 31
tәkcә öz kefim üçün yaşamıram, hәm dә faydalı işlә
mәşğulam – müdafiә sәnayesindә çalışıram. Bu isә, tәbii
ki, mәnә qarşı tamamilә başqa münasibәt tәlәb edirdi.
Bütün ailәmiz bu fikirdә idi. Tәkcә analığımın
böyük bacısı bir az vay-şivәn qopardı: “Ah, bu nәdir,
demәli, sәn ağır fiziki işlәr görmәlisәn? – vә göz yaşlarını
güclә boğub soruşdu: – Bәyәm sәn gimnaziyada buna
görә oxumuşdun?” Dedim ki, mәncә, sağlamlıq üçün
bunun yalnız xeyri var. Vili dayı dәrhal mәni dәstәklәdi,
Layoş dayı isә lap sәrt dedi: “Әgәr Allah bizim yolumuzu
müәyyәnlәşdiribsә, gәrәk naşükür olmayaq”. Bundan
sonra arvad toxtadı. Düzdür, Layoş dayı tәkcә bunu
demәklә kifayәtlәnmәdi, yenә mәni kәnara çәkib,
oradan-buradan xeyli sözlәr danışdı, başqa mәsәlәlәrlә
yanaşı, onu da xatırlatdı ki, zavodda işlәmәklә mәn tәk
özümü deyil, hәm dә bütün “Yәhudi icması”nı tәmsil
edirәm, ona görә gәrәk davranışıma nәzarәt edim, çünki
onların hamısı barәdә ümumi fikir formalaşacaq.
Hәqiqәtәn dә, bu, mәnim ağlıma gәlmәmişdi. Neylәmәk
olardı? Әlbәttә ki, onun haqlı olduğunu etiraf etmәkdәn
başqa çarәm qalmadı.
Atamın әmәk düşәrgәlәrindәn yazdığı mәktublar
sәliqәli şәkildә, müntәzәm gәlirdi. Allaha şükür, salamat
idi. Yazdığına görә, iş ağır olsa da, dözür, zәhmәtә qatlaşa
bilir, әn başlıcası da, onunla adam kimi rәftar edirlәr.
Mәktubların ümumi mәzmunundan ailә dә razı idi. Layoş
dayının fikrincә, Allahın kölgәsi indiyәcәn atamın
üzәrindәdir vә bir daha xatırlatdı ki, bizim hamımızın
üzәrindә hökmranlığı hüdudsuz olan Yaradana hәr gün
dua vasitәsilә üz tutmaq vacibdir ki, atamdan mәrhә-
mәtini әsirgәmәsin, gözü daim üstündә olsun. Vili dayı
isә tәsdiqlәdi ki, biz gәrәk, onsuz da, “qısa olan keçid
dövrünü” nә yollasa başa vuraq, birtәhәr dözüb duraq,