Page 28 - talesiz
P. 28
İMRE KERTES

daha çox kim kiminlә vidalaşdı. Daha doğrusu, bunun
necә baş verdiyini yaxşı xatırlamıram. Deyәsәn, atam
qonaqları yola salmağa çıxmışdı, çünki mәn bir-iki
dәqiqәliyә masanın böyründә, yemәk artıqlarıyla tәk
qalmışdım vә yalnız atam tәzәdәn otaqda peyda olanda
özümә gәldim. O, tәk idi vә mәnimlә vidalaşmaq
istәyirdi. Dedi ki, sabah sәhәr buna vaxt olmayacaq.
Sonra mәsuliyyәt hissi barәdә danışmağa başlayıb, axırda
da mәnim vaxtından qabaq böyümәli olacağımı bildirdi.
Tәxminәn, Layoş dayıdan eşitdiyim sözlәri tәkrarladı
mәnә, ondan fәrqli olaraq, tәkcә Allahın adını çәkmәdi,
28 hәm dә dediklәrini Layoş dayı kimi gözәl sözlәrlә
çatdırmadı. Hәm dә uzatmadı, qısa dedi. Anamı da yad-
dan çıxartmadı, öz fәrziyyәsini yürütdü ki, ola bilsin,
anam mәni “öz yanına aparmağa” cәhd edәcәk. Gördüm
bu fikir onu çox narahat edir. Hәlә gәl narahat etmәsin
dә: mәnim kiminlә qalacağımın üstündә onlar anamla
xeyli çәkişmişdilәr, ta ki, mәhkәmә atamın xeyrinә qәrar
çıxaranacan. İndi isә mәn bu mәsәlәdә atamı çox yaxşı
başa düşürdüm: yәqin, atam mәnә olan haqqından
mәhrum olmaq istәmirdi – әlverişsiz situasiyaya düşmәsi
sәbәbindәn vә yalnız bu sәbәbә görә – axı bu haqqı
çәtinliklә әldә etmişdi. Amma bu mәqamda o, mәni qa-
nuna istinad etmәyә yox, ağılla düşünmәyә çağırırdı –
“bizimçün isti vә rahat ailә mühiti yaratmış” ögey anamla
mәni “atmış” doğma anam arasındakı fәrqi qeyd etmәklә.
Bu yerdә özümü toparlayıb bütün diqqәtimlә qulaq
asmağa başladım, çünki bu barәdә anam mәnә tamamilә
başqa cür danışırdı: anamın fikrincә, hәr şeydә atam gü-
nahkar idi vә o da bu sәbәbdәn özünә başqa bir kişi –
hansısa Dini dayını (әslindә, onu “Deneş” çağırırdılar)
tapmağa mәcbur olmuşdu. Yeri gәlmişkәn, ötәn hәftә
Dini dayını da әmәk düşәrgәsinә aparıblar. Vәziyyәtin,
   23   24   25   26   27   28   29   30   31   32   33