Page 23 - talesiz
P. 23
TALESİZ 23

nәzәrdәn qaçırmasa da”, atamın gedişiylә analığım kö-
mәksiz, dayaqsız qalacaq vә bu andan etibarәn onun әsas
dayağı mәn olasıyam. Yenә dinmәdim. Layoş dayı sözü-
nün ardını gәtirdi: “Amma daha neylәmәk olar, qayğının,
çәtinliyin nә demәk olduğunu sәn erkәn öyrәnәcәksәn”.
Yәni, hәr şeydәn göründüyü kimi, mәnim gün-güzәranım
artıq bu cür getmәyәcәk, indiyәcәn olduğu kimi buludsuz
olmayacaq vә Layoş dayı da bunu mәndәn gizlәtmәk
istәmir, çünki hazırda mәnimlә “yekә kişiylә danışan
kimi” danışır. “İndәn belә, – o dedi, – sәn dә ümumi yә-
hudi taleyinә mәnsubsan”. Hәmin fikrin üzәrindә nәsә
çox qaldı; xatırlatdı ki, bu ümumi tale “min illәr boyu ara
vermәdәn uzanan tәqib” demәkdir, lakin yәhudilәrin
bunu “şükürlә, sәbirlә, dözümlә, sonsuz fәdakarlıqla
qәbul etmәsi lazımdır, çünki onları bu ağır sınaqlara çox-
dan, lap çoxdan törәtdiklәri günahlara görә Ulu Yaradan
özü mәhkum edib vә yalnız Allaha inanmaqla yәhudilәr
İlahinin mәrhәmәtinә ümid edә bilәrlәr; o isә bizdәn
gözlәyir ki, belә ağır vәziyyәtdә onun bizim qüvvә vә
bacarığımız üçün müәyyәn etdiyi hәr çәtinliyә mәtinliklә
dözәk”. Soruşdu: “Tutaq ki, gәlәcәkdә sәn özünü layiqli
ailә başçısı kimi göstәrmәlisәn, bundan ötrü özündә
kifayәt qәdәr güc vә hazırlıq hiss edirsәnmi?” Hәrçәnd
mәn ondan yәhudilәr, xüsusәn dә yәhudilәrin çoxdankı
günahları vә onların Allahı barәdә eşitdiklәrimi çox da
qanmırdım, amma bunun mәnә nә dәxli vardı? Üstәlik
dә, inkar etmәyәcәyәm, Layoş dayının sözlәri xәtrimә
dәyirdi. Odur ki belә cavab verdim: “Bәli, deyәsәn, hiss
edirәm”. Üzündәn göründüyü kimi, cavabım onu qane
etmişdi. “Lap yaxşı”, – dedi. Ümumiyyәtlә, Layoş dayı
hәmişә belә hesab edirdi ki, guya mәn ağıllı oğlanam vә
qәlbimdә “dәrin hislәr, ciddi mәsuliyyәt duyğusu
yaşayır” vә bu, taleyin zәrbәlәri arasında ona müәyyәn
   18   19   20   21   22   23   24   25   26   27   28