Page 19 - talesiz
P. 19
TALESİZ 19

onları da başa düşmәk olar!” Vә budur, dәhlizdә zәng
çalındı: ögey anamın bacısıyla anası içәri girdi. Tezliklә
atamın valideynlәri – babamla nәnәm dә tәşrif buyurdu.
Nәnәmi tez hәsir kresloda oturtdular; o yazığın başı
hәmişә bәladadır, linzaya oxşayan qalın şüşәli eynәyinin
arxasından, demәk olar, heç nә görmür, eşitmә qabiliyyәti
dә eyni dәrәcәdә pisdir. Amma bu çatışmazlıqlar әtrafda
baş verәnlәrә işgüzar müdaxilәdә ona qәti mane olmur.
Bu sәbәbdәn dә başdan-ayağa problemdir: әvvәla, bir söz
soruşanda gәrәk daim qulağına qışqırasan, ikincisi dә,
gәrәk hәr cür hiylәyә әl atıb, nәyәsә müdaxilә etmәsinә
imkan vermәyәsәn, yoxsa sonra fәsadlarını aradan qal-
dıra bilmәzsәn.

Ögey anamın anası başına enli qıraqları, yana meyil-
li lәlәyi olan konusvarı şlyapa qoymuşdu. Birazdan şlya-
panı çıxaranda seyrәk dә olsa, başının arxasında qoz
boyda düyümlәnmiş qar kimi ağappaq saçları görsәndi.
Uzunsov sifәtinin dәrisi sarımtıl, gözlәri isә qara vә iridir.
Boğazında, çәnәsinin alt tәrәfindә iki solğun qırış var; bu
qadın ilk baxışda hansısa ağıllı ov itinә oxşayır. Başı
hәmişә yüngülcә әsir. Atamın әşyalarını qablaşdırmaq işi
mәhz onun öhdәsinә düşmüşdü: o, belә işlәrin әsl us-
tasıdır vә qızının verdiyi siyahı üzrә dәrhal sevimli işinә
başladı.

Bacısı üçün isә heç bir iş tapa bilmәdik; o, ögey
anamdan xeyli böyükdür, heç elә bil onun bacısı deyil –
bәstәboy, balaca vә toppuşdur, üzü dә xalis kukla sifәtidir.
O ara vermәdәn, dayanmaq bilmәdәn nәyisә töküb-
töküşdürürdü; hәrdәn ağlayır, hamını da növbә ilә qucaq-
layırdı, o cümlәdәn mәni dә; onun әnlik iyi gәlәn yumşaq
ağuşundan güclә qopub çıxdım. Nәhayәt, toxtayıb otu-
randa bütün әprimiş kütlәsi qısa budlarının üstünә düşdü.
Atamı da yaddan çıxarmayaq: o, nәnәmin oturduğu hәsir
   14   15   16   17   18   19   20   21   22   23   24