Page 22 - talesiz
P. 22
İMRE KERTES

Vili dayı daha nәsә demәk istәyirdi, amma bu vaxt ögey
anamla anası qablaşdırma işlәrini bitirdilәr vә atam ayağa
qalxdı ki, yol çantasının kürәyindә necә oturduğunu yox-
lasın.

Axırıncı gәlәn ögey anamın böyük qardaşı Layoş
dayı oldu. Layoş dayı bizim ailәdә hansısa vacib rolu
oynayır, amma bunun mәhz hansı rol olduğunu, çәtin ki,
müәyyәnlәşdirә bilim. Gәlәn kimi o, dәrhal atamla
tәkbәtәk danışmaq istәdiyini bildirdi. Mәncә, bu tәklif
atamın çox da ürәyincә deyildi, odur ki xәtrinә dәymәdәn
ondan mümkün qәdәr tez qopmağa çalışdı. Onda Layoş
22 dayı qәfildәn mәnә sarı döndü, dedi ki, mәnimlә “bir az
danışmaq” istәrdi. Sonra mәni otağın uzaq küncünә çәkib
şkafın böyrünә dirәdi, özü dә üzbәüz oturdu. Ondan
başladı ki, sabah atamın “bizi tәrk etmәsi” mәnә
mәlumdurmu. Dedim ki, bәli, bu, mәnә mәlumdur. Onda
dilimdәn eşitmәk istәdi ki, mәn atamın yoxluğunu hiss
edәcәyәmmi. Sual mәni bir qәdәr qıcıqlandırsa da, hәr
halda, cavab verdim: “Hә, әlbәttә”. Amma bu, mәnim
özümә dә az göründü, odur ki dәrhal әlavә edib, üstünü
düzәltdim: “Әlbәttә, bu yoxluğu çox hiss edәcәm”.
Cavabımı eşidәndә başını bir xeyli silkәlәdi; bu vaxt
onun üzündә әzabkeş bir ifadә vardı.

Әvәzindә bundan sonra onun dilindәn çox qәribә vә
maraqlı şeylәr eşitdim. Mәsәlәn, dedi ki, bu kәdәrli gün
guya mәnim hәyatımın “qayğısız, xoşbәxt uşaqlıq” döv-
rünün üstündәn xәtt çәkir. “Әminәm ki, – üzümә çox-
mәnalı tәrzdә baxıb sözünә davam elәdi, – belә fikirlәr
indiyәcәn sәnin heç ağlına da gәlmәyib”. Mәn boynuma
aldım: “Hәqiqәtәn, ağlıma gәlmәyib”. Amma o yenә
әminliklә bildirdi ki, onun sözlәrindә mәnim ağlıma bat-
mayacaq heç nә yoxdur. Bunu da tәsdiqlәdim: әslindә,
guya yoxdur. Onda mәnә bildirdi ki, “hәrçәnd ailә bizi
   17   18   19   20   21   22   23   24   25   26   27