Page 25 - talesiz
P. 25
TALESİZ 25
qalereya ilә bizdәn bir mәrtәbә yuxarıdakı evlәrinә tәrәf
ötüb-keçdi. Deyәsәn, bu vaxt mәn bir az karıxdım vә
mәtni düzgün oxumadım. Amma dua bitәndә Layoş dayı
mәmnun görsәnirdi; üzündә elә bir ifadә vardı ki, mәn
hәtta bir anlığa içimdә rahatlıq hiss etdim, fikirlәşdim ki,
atam üçün, axır ki, nәsә elәdik! Vә hәqiqәtәn dә, xeyli
yüngüllәşdim, özümü duadan әvvәlkindәn daha yaxşı
hiss elәdim, halbuki bayaqdan o xoşagәlmәz, o әzablı
hisdәn qurtula bilmirdim.
Qonaqların yanına qayıtdıq. Küçәdә hava qaralmış-
dı. Biz hava hücumundan qorunmaq üçün kağız yapış-
dırılmış pәncәrәlәri örtüb, bununla da, özümüzü nәm
havalı yaz axşamından mәhrum elәdik. Otaq sanki xeyli
daraldı. Sәslәrin uğultusu mәni bezdirmişdi. Siqaret
tüstüsündәn gözüm acışırdı. Artıq әsnәmәyimin qabağını
ala bilmirdim. Ögey anamın anası stol açdı. O, şam
yemәyini iri çantasına qoyub özüylә gәtirmişdi, hәtta
qara bazardan әt dә tapmışdı vә bunu gәlәn kimi bildir-
mişdi. Onda atam da dәri portmanatından pul çıxarıb
dәrhal әtin haqqını ödәmişdi.
Hamı masa arxasına tәzәcә keçmişdi ki, bu vaxt
qәfildәn Şteyner dayı ilә Fleyşman dayı gәldi. Onlar da
atamla xudahafizlәşmәk istәyirdilәr. Şteyner dayı içәri
girәn kimi hamıdan xahiş etdi ki, “onlara fikir vermә-
sinlәr”. Belә dedi: “Mәn – Şteynerәm. Әylәşin, rica edi-
rәm, oturasınız”. Onun ayaqlarında, hәmişәki kimi, cırıq
çәkәlәklәr vardı, yaxasıaçıq jiletinin altından yekә qarnı
görünürdü; damağındakı iyli-qoxulu ucuz siqaret dә öz
yerindә. İri, kürәn başı uşaq başı kimi qırxılmışdı. Ştey-
ner dayının böyründә zorla nәzәrә çarpan Fleyşman dayı
isә balacadır, sәliqәli görkәmi, ağappaq saçları var;
hәmişә hәyәcanlı görünәn üzünün dәrisi boz, eynәkli
gözü isә bayquş gözü kimi yumrudur. İndi o, Şteyner