Page 24 - talesiz
P. 24
İMRE KERTES

dәrәcәdә tәskinlik verir – hәr halda, onun sözündәn belә
çıxırdı. Bu yerdә әlini mәnә uzatdı vә üstü qalın tüklә
örtülmüş, iç tәrәfi bir az nәm olan bir cüt barmağıyla
çәnәmin altından tutub sakit, bir qәdәr titrәk sәslә dedi:
“Atan uzaq yola çıxır. Sәn onun üçün dua etmisәnmi?”
Bu zaman Layoş dayının gözlәrindә nәsә sәrt bir
tәlәbkarlıq peyda olmuşdu vә ola bilsin, mәhz bu sәrt
baxışlar içimdә ağır, üzücü bir hissiyyat oyatdı ki,
hәqiqәtәn dә, atam üçün heç nә elәmәmişәm. İndiyәcәn
bu heç ağlıma gәlmәmişdi, amma indi, o, mәnә bunu
xatırladanda vicdan әzabından xilas ola bilmәdim vә bu
24 ağır yükdәn qurtulmaq üçün düzünü dedim: “Yox, dua
etmәmişәm”. Onda Layoş dayı dedi: “Gedәk mәnimlә!”

Vә biz pәncәrәlәri hәyәtә baxan o biri otağa keçib,
köhnә mebelin arasında dua etmәyә başladıq. Layoş dayı
qara ipәkdәn olan dәyirmi tәsәyini seyrәksaçlı başına
qoyanda mәn dә gedib dәhlizdәn öz kepkamı gәtirmәli
oldum. Bundan sonra Layoş dayı pencәyinin qoltuq
cibindәn qara cildli kitabça, döş cibindәn isә eynәyini
çıxarıb, duanı ucadan oxumağa başladı. Mәn onun
ardınca mәtni hissә-hissә tәkrar elәmәliydim. Әvvәlcә
hәr şey yaxşı gedirdi, amma birazdan yoruldum, özü dә
mәni әn çox yoran o idi ki, Allaha müraciәtlә söylәdi-
yimiz ifadәlәrdәn bircә söz dә başa düşmürdüm, çünki
Yaradana yәhudi dilindә dua etmәk lazım idi, mәnsә bu
dili qәti bilmirәm. Amma Layoş dayıdan geri qalmamaq
üçün mәcbur idim ki, onun dodaqlarının tәrpәnişini
izlәyim. Elә axırda bu qәribә epizoddan yadımda qalan
da әtli, yaş dodaqların hәrәkәti, bir dә burnumun altında
mızıldadığım yabançı dilin heç bir mәna kәsb etmәyәn
sözlәri oldu. Hә, bir dә Layoş dayının çiyinlәri üzәrindәn
pәncәrә arxasında gördüm ki, Annamariyanın mәni
evlәrinә dәvәt etdiyi bacılardan böyüyü üzbәüzdәki
   19   20   21   22   23   24   25   26   27   28   29