Page 14 - talesiz
P. 14
İMRE KERTES

olardı ki, onlar sarı ulduzu müştәrilәrә reklam mәqsәdilә
taxırlar.

Elә bu vaxt qadın malla geri qayıtdı. Amma hәlә
buna qәdәr qoca dükandar bizim alış-verişi әmәk
düşәrgәsi üçün edib-etmәdiyimizlә maraqlanmışdı. Ögey
anam cavab vermişdi ki, bәli, elәdir, mәhz ora üçün.
Qoca çaşqın halda başını silkәlәmişdi, hәtta qırışlı, lәkәli
әllәrini tavana doğru qaldırıb, sonra hüznlә piştaxtanın
üstünә qoymuşdu. Onda ögey anam demişdi ki, şey-
şüylәri yığmaq üçün çuval lazımdır, belәsi dükanda
tapılarmı? Qoca әvvәlcә tәrәddüd edib, sonra demişdi:
“Sizinçün tapılar”. Vә arvadına tәrәf dönmüşdü: “Qadası,
14 get anbardan cәnab üçün yol çantası gәtir”. Çanta hamı-
mızın xoşuna gәldi, bununla belә, qoca öz arvadını daha
bir neçә әşyanın dalınca göndәrdi. Onun dediyinә görә,
bu şeylәrsiz atam orada “keçinә bilmәz”. Ümumiyyәtlә,
qoca bizimlә çox әdәbli vә istiqanlı danışır, imkan
daxilindә “әmәk düşәrgәsi” sözünü dilә gәtirmәkdәn
yayınırdı. Bizә göstәrdiklәri isә, hәqiqәtәn, faydalı vә
lazımlı şeylәr idi: hermetik qapaqlı qazança, lazımlı
alәtlәri olan qatlama cib bıçağı, çöl çantası, buna oxşar
başqa nәlәrsә. Dediyinә görә, indi çoxları bu lәvazi-
matları ondan tez-tez soruşurlar. Ögey anam atam üçün
qatlama cib bıçağı aldı. Bıçaq mәnim dә xoşuma gәl-
mişdi. Lazım olan hәr şeyi seçәndәn sonra qoca dükandar
arvadına әmr etdi: “Hesabla!” Qara paltarlı qarı öz ağır,
yumşaq әndamını kassa aparatının qarşısındakı kresloya
zorla pәrçimlәyib yerlәşdirә bildi. Qoca isә bizi qapı-
yadәk yola saldı. Kandarda xudahafizlәşәrkәn dedi: “Sizi
yenidәn görmәyimә şad olardım. – Sonra atama tәrәf
әyilib yavaşdan pıçıldadı: – Siz mәni başa düşәrsiniz: kaş
siz dә, mәn dә sağ-salamat olaq”.

İndi, nәhayәt ki, evә doğru istiqamәt götürdük.
Yanından tramvay xәtti keçәn meydanın yaxınlığında,
   9   10   11   12   13   14   15   16   17   18   19