Page 12 - talesiz
P. 12
İMRE KERTES

mәşğul olmaq lazımdır; iş tökülüb qalıb, vaxt isә gedir.
Sonra bütün işgüzar sәnәdlәri ögey anama vermәk istәdi
ki, tanış olsun, özünün yoxluğunda, yәni әmәk düşәr-
gәsindә olduğu müddәtdә ticarәt işlәri axsamasın. Bu
vaxt mәnә dә diqqәt yetirdi vә bir neçә qaçaraq sual verdi
ki, mәktәbdә necә oldu, dәrsdәn mәni asanmı buraxdılar
vә sair. Sonra tapşırdı ki, bir qıraqda oturum vә onlar
mühasibat kitablarını saf-çürük edәnә qәdәr dinc daya-
nım.

Amma bu, uzun çәkdi. Sәbrimi basıb, vaxtı öldür-
mәk üçün arada özümü atam haqqında düşünmәyә mәc-
12 bur etdim, daha doğrusu, sabah gedәcәyini, xeyli müddәt
onu görmәyәcәyimi düşündüm. Axırda fikirlәşmәkdәn
yoruldum, atama, onsuz da, heç bir kömәyim dәymә-
diyini bilәndә bәrk darıxmağa başladım. Bir yerdә otu-
rub-qalmaq da mәni tәngә gәtirdi, bu cansıxıcı gözlәntidәn
yaxa qurtarmaq üçün qalxıb krandan su içdim. Buna bir
söz demәdilәr. Bir müddәt keçәndәn sonra xırda tәlә-
batımı ödәmәk üçün taxta qalağının arxasına keçdim. Qa-
yıdıb kaşıyla işlәnmiş paslı çanaqda әlimi yaxaladım,
mәktәb çantamdan sәhәr yemәyi qoyulmuş paketi çıxarıb
buterbrodu yemәyә başladım, yeyib-qurtarandan sonra
tәzәdәn gedib krandan su içdim. Onlar bu dәfә dә heç nә
demәdilәr. Gәlib öz yerimdә oturdum – sәbrimi basıb, ca-
nım sıxıla-sıxıla xeyli gözlәdim.

Nәhayәt, işlәrini görüb qurtardılar. Biz küçәyә çı-
xanda artıq günorta idi. Yenә gözümün önündә rәngli
halqalar sayrışdı – bu dәfә sәbәb günәşin parlaqlığı idi.
Atam bir cüt asma qıfılla xeyli әllәşdi, onları sәliqә ilә
bağladı; mәnә elә gәldi ki, o, vaxtı qәsdәn uzadır. Sonra
açarları ögey anama verdi, çünki onlar daha özünә lazım
deyildi. Bunu atam özü deyәndә eşitdim. Ögey anam
   7   8   9   10   11   12   13   14   15   16   17