Page 7 - talesiz
P. 7
TALE S İ Z 7

1

Bu gün mәktәbә getmәdim. Daha doğrusu, get-
mişdim, ancaq icazә almaq üçün. Atam “ailә
vәziyyәti ilә әlaqәdar” mәnim bütün gün әrzindә dәrsdәn
azad olunmağım xahişi ilә әrizә yazmışdı. Sinif rәhbәri-
miz ailәmizin vәziyyәti ilә maraqlandı. Deyәndә ki, atamı
әmәk düşәrgәsinә aparırlar, daha mәnә ilişmәdi.
Mәktәbdәn evә yox, öz dükanımıza yollandım.
Atam demişdi ki, ögey anamla birgә mәni orada gözlә-
yәcәk. Hәm dә tapşırmışdı yubanmayım, birdәn hansısa
işinә lazım ola bilәrәm. Düzünә qalsa, mәni elә mәk-
tәbdәn dә buna görә azad etdirmişdi. Ya da, bәlkә, ondan
ötrü ki, “evdәn, bәlkә dә, hәmişәlik ayrıldığı gün onun
yanında olum”. Düzdür, bunu qabaqcadan demişdi –
sәhәr tezdәn telefonla anama zәng vuranda. İş orasındadır
ki, bu gün hәftәnin dördüncü günüdür, cümә axşamları vә
bazar günlәri isә mәn nahardan sonrakı vaxtımı anamın
yanında keçirmәliyәm. Amma atam ona qәti şәkildә
bildirmişdi: “Dyurkanı bu gün sәnin yanına buraxa
bilmәrәm”. O sözlәri dә, deyәsәn, elә anamla danışanda
demişdi. Amma, bәlkә dә, yanılıram. Gecә verilmiş hava
hәyәcanı siqnalı ucbatından sәhәr mәn bir az yuxulu
gәzirdim vә nәyisә sәhv salmağım istisna deyil. Amma
bunu dediyinә әminәm. Әgәr anama demәyibsә, demәli,
başqa kimәsә deyәndә eşitmişәm.
Atam dәstәyi qısa müddәtә mәnә vermişdi, amma
anama nә dediyim yadımda deyil. Deyәsәn, anam mәn-
dәn bir az incidi dә, çünki onunla danışmağa çox da
hәvәsli deyildim, atam böyrümdә dayanmışdı. Hәr necә
   2   3   4   5   6   7   8   9   10   11   12