Page 16 - talesiz
P. 16
İMRE KERTES

mövzularda danışırıq. Bu söhbәtlәr zamanı öyrәnmişәm
ki, Şteyner onun dayısıdır. Mәsәlә orasındadır ki, qızın
valideynlәri boşanıblar, qızları barәdә dә dil tapıb ümumi
razılığa gәlә bilmәdiklәri üçün belә qәrara alıblar ki,
hәlәlik qoy burada qalsın – nә onun yanında, nә bunun
yanında. Buna qәdәr qız internatda qalırdı. Elә mәnim
kimi: eyni sәbәbdәn mәn dә internatda qalmalı olmuş-
dum.

Qız tәxminәn on dörd yaşındadır. Uzun, qәşәng
boynu var. Sarı ulduzun altında sinәsi dә artıq forma-
laşmağa başlayıb. İndi onu da mәnim kimi çörәk almağa
16 göndәrmişdilәr. Sözarası soruşdu ki, axşam onunla vә
daha iki qızla dördlükdә kart oynamağa hәvәsim varmı?
Bilirdim ki, qızlar bacıdırlar, bizdәn bir mәrtәbә yuxarıda
yaşayırlar. Annamariya onlarla dostluq edir, mәnsә qızları
yalnız üzdәn tanıyıram: pillәkәndә rastlaşmışıq, bir dә
bomba sığınacağında. Bacıların kiçiyinә üzdәn 11-12 yaş
vermәk olar. Böyüyü isә, Annamariyanın dediyinә görә,
onunla yaşıddır. Arabir otağın hәyәtә baxan pәncәrәsin-
dәn mәn onun qarşıdakı qalereya ilә necә qaçdığını
görürәm: ya evә tәlәsir, ya da evdәn çıxıb harasa yüyürür.
Bir-iki dәfә dә evin girişindә qarşılaşmışıq. Fikirlәşdim
ki, oyun vaxtı onunla yaxından tanış ola bilәrәm, yәni,
mәnә qalsa, kart oynamağa can-başla razıyam. Amma bu
vaxt atam yadıma düşdü vә Annamariyaya dedim ki,
mәndә bu gün alınmayacaq, çünki bu gün biz atamla
xudahafizlәşirik, onu әmәk düşәrgәsinә aparırlar. Mәn
belә deyәndә qızın yadına düşdü ki, bu barәdә o da öz
evlәrindә eşidib, dayısı danışırmış. Vә belә dedi: “Yaxşı,
onda daha neylәmәk olar?” Bir müddәt susduq. Sonra
Annamariya soruşdu: “Bәs sabah necә?” Dedim ki, yaxşı,
olsun sabah. Amma tez dә әlavә elәdim: “Әgәr alınsa”.
   11   12   13   14   15   16   17   18   19   20   21