Page 15 - talesiz
P. 15
TALESİZ 15
böyük evdә kirayәnişin idik. İkinci mәrtәbәyә qalxanda
birdәn ögey anam dedi ki, çörәk almaq yaddan çıxıb!
Kartoçkanı çıxarıb verdi vә mәn çörәk dükanına qaçmalı
oldum. Dükanın qapısı ağzında balaca növbә vardı.
Növbәm yaxınlaşanda әvvәlcә dükandarın iri döşlü,
ağbәniz arvadının tuşuna çatdım: o, lazımi ölçüdә kvad-
ratlar kәsirdi. Sonra isә çörәkçinin qarşısında dayandım.
Salamıma cavab vermәdi: mәhәllәdә hamı bilirdi ki,
onun yәhudilәri görәn gözü yoxdur. Ona görә dә candәrdi
çәkdiyi çörәyi üstümә tulladı. Mәncә, әn azından, iyirmi-
otuz qram kәsmişdi. Әbәs yerә demirdilәr ki, ona paydan
hәmişә xeyli artıq qalır. Kişinin kinli baxışlarını, çörәyi
tәrәzidәn hansı cәldliklә götürüb üstümә atdığını görәndә
birdәn-birә başa düşdüm ki, onun yәhudilәrә nifrәti
әdalәtli vә anlaşılandır: o, yәhudilәrә dә adi adamlara
göstәrdiyi münasibәti göstәrsәydi, çörәyin çәkisindәn
kәsdiyi üçün, yәqin, vicdan әzabı ona rahatlıq vermәzdi.
Belәdә isә o, öz әqidәsinә uyğun davranır, hәrәkәtlәrini
dә nәyә görәsә yox, ideyasına uyğun şәkildә idarә edir.
Hәrçәnd bu hәrәkәtlәr – tәәssüflә, ürәkağrısıyla düşün-
düm – başqa cür dә ola bilәrdi vә bu, mәnim daha çox
xoşuma gәlәrdi.
Çörәk dükanından evә, demәk olar ki, qaça-qaça
gәldim: bәrk acmışdım, ona görә yalnız pillәlәrlә tullana-
tullana düşәn Annamariya ilә rastlaşanda bir dәqiqәliyә
ayaq saxladım. Qız bizimlә eyni mәrtәbәdә, Şteynerlәrlә
birlikdә yaşayır. Biz bu ailә ilә, adәtәn, Fleyşmanların
evindә görüşürük (son vaxtlar – hәr axşam). Әvvәllәr
qonşularla salam-kalamımız yox idi, indi isә belә alın-
mışdı ki, hamımız dar günün dostlarına çevrilmişdik;
Allah özü buyurmuşdu ki, axşamlar bir yerә yığışaq, fikir
mübadilәsi aparaq, şayiәlәri saf-çürük edib, başımıza nә
gәlәcәyini düşünәk. Amma biz Annamariya ilә müxtәlif