Page 38 - talesiz
P. 38
İMRE KERTES
mariya dedi ki, bu mәsәlә hamıya mәlumdur: yәhudi –
dindir. Amma böyük bacını maraqlandıran bu deyildi,
ideyanın “mәnası” idi. “Axı adam ona nәyә görә nifrәt
edildiyini bilmәlidir, ya yox?” – o, gözlәrini geniş açıb
tәәccüblә bizә baxırdı. Sonra etiraf etdi ki, ilk vaxtlar nә
baş verdiyini heç cür anlaya bilmirmiş, amma yalnız
“yәhudi qız” olmasına görә adamların ondan zәhlәsi get-
diyini, iyrәndiyini hiss etmәk ürәyini ağrıdırmış. Bax elә
ondaca ilk dәfә başa düşüb ki, onu insanlardan ayıran,
“ikinci sort olduğunu” müәyyәn edәn nәsә mövcuddur.
O vaxtdan qız bunun üzәrindә ciddi düşünmәyә başlayıb,
cavabı kitablarda, müxtәlif söhbәtlәrdә axtarmağa baş-
38 layıb, axırda bu nәticәyә gәlib ki, ona “mәhz başqa sort-
dan olduğu üçün” nifrәt edirlәr. Elә bu cür dә dedi: “Biz
yәhudilәr başqaları kimi deyilik”, mәsәlәnin mәğzi mәhz
bundadır, camaatın yәhudilәrә nifrәt elәmәsi dә mәhz
buna görәdir. Bir dә onu dedi ki, “ayrı cür olduğunu bilә-
bilә yaşamaq” çox qәribә hisdir. Dedi ki, buna görә
hәrdәn qürur duyur, daha çox isә xәcalәtә bәnzәr nәsә
hiss edir. İndi dә bilmәk, öyrәnmәk istәyirdi ki, biz bu
hislә necә yaşayırıq: qürur duyuruq, yoxsa xәcalәt
çәkirik? Onun bacısı, elәcә dә Annamariya nә cavab
verәcәklәrini bilmirdilәr. Elә mәn özüm dә bu vaxtadәk
nә qürur, nә dә xәcalәt üçün xüsusi sәbәb görmәmişdim.
Axı insan, ümumiyyәtlә, başqa cür olub-olmadığı barәdә
hökm vermәkdә çox da sәrbәst deyil: belә baxanda, elә
sarı ulduz da, mәnim başa düşdüyüm qәdәr, bundan ötrü
düşünülüb. Qıza belәcә dә dedim. Amma o, iki ayağını
bir başmağa dirәyib dediyindәn dönmәdi ki, “fәrqi biz öz
içimizdә daşıyırıq”. Mәncә, o yanılırdı; mәnә qalırsa, әn
vacibi adamın öz çölündә daşıdığıdır. Biz xeyli mübahisә
elәdik, amma heç niyәsini dә bilmirәm: düzünü desәm,
bu mәsәlәnin niyә bu qәdәr vacib olması mәnә çox da
aydın deyildi. Bununla belә, qızın düşüncәlәrindә mәni