Page 53 - talesiz
P. 53
TALESİZ 53

qorunmaq üçün paltarda başını soxmağa hansısa dәlik ax-
taran dәniz heyvanı kimi elәcә çöl tәrәfdә qaldı. Özü isә
bütün bu müddәtdә ara vermәdәn danışır, üzündәn dә
yaltaq tәbәssüm çәkilib getmirdi. Bu epizod haradasa
beş-altı saniyә çәkdi, sonra polisin cәld vә qәti şәkildә –
çox qәti şәkildә – bu danışığa son qoyduğunu gördüm vә
mәnә elә göründü ki, polis nә sәbәbdәnsә hәtta kişiyә bir
az hirslәndi dә; hәrçәnd nә baş verdiyini çox da anlamır-
dım, ancaq hansısa çәtin izah olunan sәbәbә görә bu
adamın davranışı heç mәnә dә xoş gәlmirdi, üstәlik, bir
qәdәr dә şübhә doğururdu.

Başqa sifәtlәri, başqa hadisәlәri çox da yaxşı
xatırlamıram. Vә ümumiyyәtlә, vaxt ötdükcә diqqәtim,
müşahidә qabiliyyәtim zәiflәyir, baş verәnlәrә göz qoy-
mağım çәtinlәşirdi. Amma onu deyә bilәrәm ki, polisin
biz cavanlarla münasibәti axıracan dostyana qaldı,
yaşlılarla isә o, bizim qәdәr mehriban deyildi. Amma
axşamayaxın yorğunluq öz möhürünü onun da üzünә
hәkk elәmişdi. Bu yorğun görkәmlә o, daha çox bizim
yanımızda, ya da öz kabinetindә oturur, şosedәn keçәn
avtobuslara daha fikir vermirdi. Mәn onun vaxtaşırı tele-
fonla danışdığını eşidirdim, bir-iki dәfә bizә dә bil-
dirmişdi: “Hәlә ki bir xәbәr yoxdur”. Bunu deyәrkәn
artıq narazılığını gizlәtmәyә dә çalışmırdı. Bir mәqam da
yadımdadır: bu, günorta vaxtı baş vermişdi. Bizim polisin
yanına onun dostu, başqa bir polis gәlmişdi. O, velosipe-
dini qapının ağzında divara söykәmişdi, sonra kabinetә
keçib qapını arxadan bağlamışdılar. Oradan çıxmaları tez
çәkmәdi, ayrılanda da bir-birinin әlini xeyli sıxdılar. Bu
vaxt heç nә danışmadılar, amma bir-birinә başlarını
yellәdilәr. Qabaqlar atamın kontorunda ürәyini bir-birinә
açan, çәtin günlәrdәn gileylәnәn, alverin pis getmәsinә
görә deyinәn tacirlәr dә bir-birinin әlini sıxanda üzlәrindә
   48   49   50   51   52   53   54   55   56   57   58