Page 68 - talesiz
P. 68
İMRE KERTES
ki, o heç bir “gurultulu vәd” vermir, amma әmin etmişdi
ki, hazırda bütün gücünü qәlәbә naminә sәfәrbәr edәn Al-
maniyaya istәnilәn adam lazımlıdır, belә bilik vә
bacarıqlara, belә ixtisasa malik olan şәxslәr isә xüsusilә
vacibdir. Vә bizә etiraf etdi ki, bax elә alman zabitinin
sözlәrindәki bu “ağıllı mühakimә”yә görә onun mәslә-
hәti Ekspertә “düzgün vә real” görünüb. Zabitin
“әzәmәtli” görkәmini Ekspert xüsusi qeyd etdi: bu “qaba,
köntöy” jandarmların yanında zabit ona “ayıq, tәmkinli
vә bütün hәrәkәtlәrindә qüsursuz” bir adam tәsiri
bağışlamışdı. Başqa suala cavab verәrkәn isә belә dedi
ki, zabitin ona aşıladığı tәәssürat nәzәrә alınmasa, “tәbii
68 ki, burada heç bir zәmanәt yoxdur”, ancaq hazırkı
mәqamda buna da min şükür. Yәni buna qane olmaq da
yetәrlidir, necә deyәrlәr, lәnәt heçә. Hәrçәnd sәhv et-
diyini düşünmür. “Әlbәttә, әgәr intuisiyam vә adamları
tanımağım mәni aldatmırsa…” Mәn isә öz tәrәfimdәn
hiss edirdim ki, onun bu qorxusu elә dә inandırıcı deyil.
O artıq kәnara addımlayırdı ki, bu vaxt birdәn
Bәxtsizi gördü – Ekspertin başına toplaşmış dәstәnin
içindәn yay kimi dartınıb çıxan, onu yorğa yürüşlә
haqlayıb yolunu kәsәn Bәxtsizi. Zavallının necә
hәyәcanlandığını vә üzündәki qәtiyyәti görәndә mәn
hәtta fikirlәşdim ki, o artıq gömrükdә olduğu kimi deyil,
Ekspertә bu dәqiqә birbaşa müraciәt edәcәk. Amma bu
vaxt, az qala, әlindә siyahı vә karandaş, qolunda sarğısı
olan ucaboy vә dolubәdәnli adamla toqquşacaqdı. Hәmin
adam zorla yayınıb, geri sıçradı, Bәxtsizi başdan-ayağa
süzüb ona tәrәf әyildi vә nәsә soruşdu. Sonra nә baş
verdiyini mәn bilmirәm, çünki hәmin vaxt Rozi böy-
rümüzdә peyda olub dedi: “Qardaşlar, bizim növbәmiz-
dir”.
Sonra yalnız o yadımdadır ki, biz uşaqlarla tәlәs-
mәdәn kәrpic zavodunun o başına, öz yaşayış yerimizә