Page 79 - talesiz
P. 79
TALESİZ 79
hansısa qanmaz heyvan sürüsü yox, ağlı başında olan
normal adamlarıq.
Sonrakılar barәdә nәsә qәti bir söz söylәmәkdә
çәtinlik çәkirәm: qaynayan izdiham mәni od üstündәki
sıyıq kimi darta-darta sürüyüb harasa apardı. Arxamda
aramsız çığıran bir qadının sәsini eşidirdim, kimәsә
qışqırıb deyirdi ki, “kiçik çanta” onda qalıb. Qarşımda
isә taqәtdәn düşmüş ölüvay bir qarı elә hey büdrәyir,
cavan adam da onu dilә tutmağa, başa salmağa çalışırdı:
“Özünüzü yaxşı aparın, ana, onsuz da, birazdan
görüşәcәyik. Nicht wahr, Herr Offizier, wir werden uns
bald wieder…”1 – deyә o, inamlı bir tonla üzündә ötkәm
bir tәbәssüm olan tәmkinli almana müraciәt etdi. Bu
tәbәssüm uşaqların әhatәsindәki yaşlı adamın tәbәssü-
münә bәnzәyirdi vә yaxınlıqdakı hәmin alman göstәrişlәr
verirdi. Bu vaxt uşaq hönkürtüsü fikrimi onlardan ayırdı.
Çirkli, ancaq qәşәng qıvrım saçları olan, vitrindәki
maneken kimi geyindirilmiş balaca oğlan dartınıb
ağbәniz qadının әlindәn qopmağa çalışırdı. Hәr şeydәn
göründüyü kimi, bu qadın onun anası olmalıydı. “Atamı
istәyirәm! Atamı istәyirәm!” – uşaq toz basmış çınqıl
yolda ağ ayaqqabılı ayaqlarını yerә çırpa-çırpa çığırırdı.
Rozinin yuxarı qaldırılmış әlini vә çağırış nidalarını
sәmt götürәrәk çalışırdım ki, dәstәmizdәn geri qalmayım.
Bu vaxt әynindә qolsuz güllü yay paltarı olan gövdәli bir
qadın öz yolundan hamımızı, o cümlәdәn mәni dә
itәlәyә-itәlәyә aramızdan keçib, maşınların dayandığı
yerә yönәldi. Sonra bir müddәt qarşımda sәbәbsiz halda
ora-bura vurnuxaraq hamının ayağını basan qara şlyapalı,
qara qalstuklu bәstәboy bir qoca hәyәcanla dörd tәrәfә
1 Nicht wahr, Herr Offizier, wir werden uns bald wieder… – Biz tezliklə
görüşəcəyik, elə deyilmi, cənab zabit… (alm.)