Page 84 - talesiz
P. 84
İMRE KERTES
Hәlә onu da eşitdim ki, Moşkoviç izah etmәyә çalışdı:
“Arbeiten… sechzehn…”1 Bu vaxt haradansa arxa
tәrәfdәn bir әl uzanıb Moşkoviçi kәnara çәkdi vә mәn
onun yerini tutdum. Gördüm ki, hәkim mәni diqqәtlә,
ciddi sәrraf baxışlarıyla süzür. Tez çiyinlәrimi düzәldib
qamәtimi dikәltdim ki, döş qәfәsimin necә olduğunu
görsün, hәtta yadımdadır ki, yüngülcә gülümsәdim dә –
yәni mәn sizinçün Moşkoviç deyilәm. Hәkimә qarşı
mәndә dәrhal inam oyandı, çünki tәmiz qırxılmış ötkәm,
uzunsov üzü ilә, nazik dodaqları ilә, bir az maviyә çalan
qonur vә işıqlı gözlәrinin xeyirxah baxışları ilә o, özünә
84 inam aşılayırdı. Әlcәkli әliylә yanağımdan yapışıb
gözümün altındakı dәrini aşağı dartdığı qısa müddәtdә –
hәkimlәrin işlәtdiyi bu üsul mәnә hәlә evdәn tanış idi –
onu yaxşı-yaxşı gözdәn keçirmәyә imkan tapdım. Sonra
o, mülayim sәslә vә mәdәni adamlara xas şәkildә sanki
elә-belә soruşdu: “Wieviel Jahre alt bist du?”2 Cavab
verdim: “Sechzehn”. Hәkim başını yüngülcә tәrpәtdi,
sanki gözlәdiyi cavabı almışdı vә bu cavab hәqiqәtә
uyğun gәlirdi. Bәlkә, bu, mәnә belә göründü, ancaq,
deyәsәn, gözlәrindә nәsә bir rahatlıq, nәsә bir razılıq
peyda oldu vә fikirlәşdim ki, yәqin, xoşuna gәlmişәm.
Bu vaxt yanağımdakı әliylә o, mәni sola tәrәf itәlәdi –
yәni yararlı hesab olunanların sırasına; elә ikinci әlini dә
hәmin tәrәfә uzatdı. Burada uşaqlar sevincәk halda
yolumu gözlәyirdilәr. Vә yalnız bu mәmnun sifәtlәri
görәndә mәn bizim qrupu o biri qrupdan ayıran әsl fәrqi
anladım: sәhv etmirәmsә, bizim tәrәfdә sanki bir uğur
vardı, bu uğur idi gözü xoş edәn.
Köynәyimi geyinә-geyinә uşaqlarla yüngülcә zara-
fatlaşdım vә gözlәdik görәk sonrası nә olacaq. İndi yolun
1 Arbeiten… sechzehn… – İşləmək… on altı… (alm.)
2 Wieviel Jahre alt bist du? – Sənin neçə yaşın var? (alm.)