Page 86 - talesiz
P. 86
İMRE KERTES
dur. Biri hәddindәn ziyadә arıq idi, o biri hәddindәn
ziyadә kök; bir başqasının sir-sifәtindәn әsәb xәstәliyi
yağırdı, hәrçәnd öz vәzifәsini yaxşı dәrk edәn bir adam
kimi, hәr iki ayaqdan qәribә tәrzdә axsasa da, üzündәki
tәbәssümlә yararsızların cәrgәsinә tәrәf yeriyirdi. Hәm-
çinin pencәyini, köynәyini qolunun üstündә aparan,
çiyinlәrindә, sinәsindә sallaq dәrisinin lәtliyi aşkar
bilinәn başqa bir qocanın növbәsi çatanda hәkim ona
dәrhal yararsızların cәrgәsini göstәrdi, ancaq onun da
әprimiş sifәtindә eyni tәbәssüm peyda oldu vә bu, mәnim
yaddaşımda sanki nәyisә tәrpәdib oyatdı. Mәnә elә gәldi
86 ki, bu adam hәkimә nәsә demәk istәyir. Hәkim isә artıq
ona yox, növbәti adama baxırdı vә bu vaxt kiminsә
qәtiyyәtli әli, Moşkoviç hadisәsindә olduğu kimi, onu
kәnara itәlәdi. Adam çiyinlәrini atıb geriyә qanrıldı, onun
hirsli üzündә narazı ifadә vardı; hә, hә, sәhv etmәmişdim,
bu, Ekspert idi.
Sonra daha iki dәqiqә dә gözlәdik. Hәkimә növbә
hәlә çox uzun idi, burada, bizim uşaqlardan vә yaşlı-
lardan ibarәt qrupda isә tәxminәn qırx adam vardı vә bizә
dedilәr ki, hamama gedirik. Bizim yanımızda – mәn heç
görmәdim o, haradan peyda oldu – әlindә yekә silah
tutmuş nәcib sifәtli, artıq yaşlanmış bәstәboy bir әsgәr
vardı. Mәncә, sıravi idi. Komanda verdi, ya da komanda
verirmiş kimi ucadan sәslәndi: “Los, ge' ma' vorne!” –
yәni “Addımla, irәli!” Mәncә, bu komanda dәrsliklәrdә
yazılan qaydalara çox da uyğun gәlmirdi. Hәr halda,
qulaqlarıma xoş gәldi, çünki artıq hövsәlәmiz daralmışdı.
Hәrçәnd, düzünü desәm, arzuladığımız sabundan çox,
әlbәttә ki, su idi. Yol tikanlı mәftillә hörülmüş hasarın
darvazasından keçәrәk içәriyә, boş әrazinin o başına
aparırdı; yәqin, hamam orada olmalıydı. Biz tәlәsmәdәn,
sәrbәst qruplarla addımlayır, öz aramızda oradan-buradan