Page 83 - talesiz
P. 83
TALESİZ 83

Yadımdadır ki, bir elandan sonra çilingәr-mexanik peşәsi
olanları sıradan çıxmağa dәvәt etdilәr, bir elandan sonra
isә fiziki qüsurlu әkizlәri; hәtta soruşdular (bu sual kolon-
nada şәn gülüşә sәbәb oldu): “Aranızda liliputlar yoxdur
ki?” Sonra uşaqları axtardılar. Arada şayiә dә gәzdi ki,
uşaqlarla, yeniyetmәlәrlә xüsusi mәşğul olacaqlar: onlar
işlәmәyәcәk, tәhsil alacaqlar vә ümumiyyәtlә, qarşıda
onları hәr cür gözәl şeylәr, yaxşı hәyat gözlәyir.
Cәrgәlәrdәki başqa yaşlılar hәtta bizә çoxmәnalı tәrzdә
baş yellәdilәr: yәni belә fürsәti qaçırmayın. Amma
vaqonda mәhbusların bizә verdiyi mәslәhәtlәr dә
yadımdan çıxmamışdı vә ümumiyyәtlә, mәn uşaqlara
qoşulub oxumaq yox, işlәmәk istәyirdim.

Hәlәlik lәng dә olsa, inamla irәli hәrәkәt edirdik.
Fikir verdim ki, zolaqlı köynәkdә olan mәhbuslar vә
әsgәrlәr әtrafımızda çoxalıblar. Beşnәfәrlik cәrgәlәrimiz
hansısa mәqamda uzununa çevrildi. Sonra bizә әmr
etdilәr ki, pencәklәrimizi dә, köynәklәrimizi dә çıxaraq,
hәkimin qarşısında qurşağacan çılpaq dayanaq. Hiss
etdim ki, hәrәkәtin tempi dә artıb. Qarşıda iki qrup
gördüm. Sağ tәrәfdәki qrup daha böyük, soldakı kiçik
qrup isә daha xoş idi, özü dә bu qrupda bizimkilәrdәn bir
neçәsi vardı. Mәhz sol tәrәfdәki qrupdakılar işә daha çox
yararlı sayılırdılar – әn azından, mәnim gözümdә. Bu
vaxt özüm qabağa hәrәkәt edirdim, özü dә getdikcә daha
sürәtlә. İrәlidә qәlәbәlik idi, mәn dә adamların sıx
toplaşdığı yerdәki hansısa mәntәqәyә doğru gedirdim.
Orada sәliqәli mundirli vә almanlara xas olan hәrbi
furajkalı zabit vardı. Bir dә baxdım ki, artıq növbәm
çatıb.

Tibbi baxış cәmi-cümlәtanı iki-üç saniyә çәkirdi.
Qabağımda Moşkoviç gedirdi, amma hәkim başının hәrә-
kәti vә barmağını tuşlamaqla onu başqa sәmtә yönәltdi.
   78   79   80   81   82   83   84   85   86   87   88