Page 78 - talesiz
P. 78
İMRE KERTES

vacib mәsәlә idi vә biz uşaqlarla bir-iki kәlmә danışandan
sonra mәn, bir az gülmәli dә çıxsa, razılaşdım: “Yaxşı,
on altıdır, qoy on altı olsun”. Bizә bir dә onu qandırdılar
ki, aranızda qardaşlar ola bilmәz, xüsusәn dә – burada
mәn lap şaşırdım – әkiz qardaşlar. Lap nә desәlәr dә,
qardaş mәsәlәsini yaddan çıxarın, inkar edin. Amma әn
başlıcası: “Hamı işlәmәlidir, heç bir yorğunluq, naxoşluq,
xәstәlәnmәk-filan olmasın”. Bütün bunları mәn öz
yerimdәn qapıya tәrәf irәlilәdiyim basabasda, bir-iki
dәqiqәnin әrzindә öyrәndim. Nәhayәt, vaqondan yerә –
günәşli günün, tәmiz havanın ağuşuna atıldım.

Hәr şeydәn әvvәl, mәn qarşımda düzәnliyә oxşayan
78 nәhәng bir mәkan gördüm. Hәtta önümdә açılmış bu qәfil

genişlikdәn, göy qübbәsinin gözqamaşdırıcı, ağappaq
parıltısından gözlәrim dә qıyıldı. Amma harasa bir anlıq
baxmağa da vaxtım yox idi; sәs-küy, basabas, çığırtılar,
hadisәlәrin anlaşılmaz fraqmentlәri, düzlәnmәyә çağırış
– bütün bunlar üstümә hәr yandan eyni vaxtda vә biqafil
yağırdı. Mәnә çatdı ki, qadınlar bir müddәtә kişilәrdәn
ayrılmalıdır (axı, hәqiqәtәn dә, arvadlarla kişilәr bir yerdә
çimmәyәcәkdi ki!). Dedilәr yaşlıları, xәstәlәri, körpә
uşaqlı anaları, hәmçinin yolda yorulub taqәtdәn düşәnlәri
yaxınlıqda yük maşınları gözlәyir. Bütün bunları bizә
başqa mәhbuslar başa saldı. Amma gördüm ki, burada,
açıq yerdә yaşıl furajkalı, mundiri yaşıl yaxalıqlı alman
hәrbçilәri әl hәrәkәtlәrinin dәqiq idarәsiylә onları gözdәn
qoymur, hamını nәzarәt altında saxlayırlar. Nizam-
intizamı tәcәssüm etdirәn üzlәri tәmiz qırxılmış bu
sәliqәli adamları görәndә hәtta bir qәdәr yüngüllük dә
hiss etdim. Bizim vaqondan olan yaşlıların çoxu dәrhal
mәslәhәtlәrini verdilәr (vә mәn onlarla razılaşmaya
bilmәdim): çalışıb bütün göstәrişlәri yerinә yetirmәk,
sorğu-sualı çox uzatmamaq, vidalaşmanı qısa elәmәk
lazımdır – bir sözlә, almanlara göstәrmәk lazımdır ki, biz
   73   74   75   76   77   78   79   80   81   82   83