Page 80 - talesiz
P. 80
İMRE KERTES

göz gәzdirib, elә hey qışqırırdı: “İlonka! İlonka!” Sonra
almacıq sümüklәri qabarıq olan ucaboy bir oğlanla uzun,
qarasaçlı qadını gördüm: üz-üzә, dodaq-dodağa verib,
bütün bәdәnlәriylә bir-birinә qısılmışdılar, hamıda aşkar
qıcıq yaradaraq başqalarının getmәsinә mane olurdular –
o vaxta qәdәr ki, insan axını, nәhayәt ki, qadını (lap düzü,
qızı) öz yoldaşından ayırıb apardı, hәrçәnd mәn uzaqdan
da qızın adamların üzәrindәn hansı çәtinliklә yuxarı
qalxdığını, oğlana vida üçün yellәnәn әlini gördüm.

Gözümün qarşısında sayrışan vә axırda bir növ
tәlxәk yığnağını xatırladaraq bütöv, әcaib, alabәzәk
80 nәyәsә çevrilәn bütün bu sifәtlәr, sәslәr, tәәssüratlar,
sәhnәlәr mәni bir qәdәr tarazlıqdan çıxartdı; başımın
fırlandığını hiss etdim. Artıq başqalarına, ola bilsin, daha
mühüm şeylәrә diqqәtlә fikir vermәk halında deyildim.
Mәsәlәn, deyә bilmәrәm ki, bu, kimin sәylәrinin nәticәsi
idi: bizim özümüzün, hәrbi formada olan almanların,
yoxsa bizә qәyyum tәyin olunmuş mәhbusların, ya da elә
hamımızın? Bircә onu bilirәm ki, axırda, hәr cәrgәdә dә
beş nәfәr olmaqla, vaqonlardan düşürülmüş müxtәlif
adamların topası uzun bir kolonnaya çevrildi. Mәn dә
cәrgәlәrin birindә gedirdim. Kolonna sürәtlә addım-
lamırdı, amma rәvan gedirdi. Deyildiyi kimi, irәlidә bizi
hamam gözlәyirdi, amma onu da öyrәnmişdim ki,
hamamdan qabaq hamımız tibbi baxışdan keçmәliyik.
Sәbәbini dә izah elәdilәr, amma heç özümün başa
düşmәyim dә çәtin deyildi: söhbәt özünәmәxsus seçim-
dәn, iş üçün yararlı olub-olmamaqdan gedir.

Hәlәliksә bir qәdәr nәfәs dәrdim. Böyrümdә, öndә,
arxada bizim uşaqlar addımlayırdı, hәrdәn bir-iki kәlmә
danışırdıq, ya da bir-birimizә başımızı yellәdirdik: yәni
hәr şey qaydasındadır, hamımız buradayıq. İsti idi. Gedә-
gedә harada olduğumuzu bilmәk üçün әtrafa göz yetir-
   75   76   77   78   79   80   81   82   83   84   85