Page 102 - talesiz
P. 102
İMRE KERTES
onda mәn burnumu tutardım. Ümumiyyәtlә isә, gәzәn
şayiәlәrә görә, xoşbәxtlikdәn, biz bu fabrikdә işlәmәyә-
cәkdik: әgәr hәr şey qaydasında getsә, tif, dizenteriya,
yaxud hәr hansı başqa epidemiya olmasa, guya tezliklә
bizi daha yaxşı olan başqa yerlәrә göndәrәcәkdilәr. Buna
görә dә hәlәlik bizim paltarımızda, әn başlıcası da,
dәrimizdә, deyәk ki, başbilәnimizdә (indi ona “blok
komendantı” deyirdilәr) olduğu kimi, heç bir nömrә-filan
yoxdur. Başbilәnimizin, hәqiqәtәn, nömrәsi olduğunu
artıq bir çoxları şәxsәn görmüşdü: şahidlәr danışırdılar
ki, onu açıq-yaşıl rәngli mürәkkәblә bilәyinә yazmış,
102 daha doğrusu, xüsusi iynә ilә dәrisinin altına yerit-
mişdilәr; bu üsula isә döymә deyirlәr. Bunu eşidәndә
şorba dalınca gedәn könüllülәrin dediklәri yadıma düşdü:
onlar da mәtbәxdә köhnә dustaqların qolunda belә nöm-
rәlәr görmüşdülәr. Hamını maraqlandıran bizlәrdәn ki-
minsә nömrә ilә bağlı sualına (hәmin sualı hamı
bir-birinә ötürüb, mәnasını anlamağa çalışırdı) guya
dustaqlardan birinin cavabı idi: “Himmlische Telephon-
nummer” – yәni “sәmavi telefon nömrәsi”. Gördüm ki,
bu sözlәr çoxlarını fikir dәryasına qәrq edib, hәrçәnd
özüm dә hәlә bu müәmmadan baş çıxara bilmirdim,
bununla belә, nәyini gizlәdim, eşitdiklәrim mәnә bir
qәdәr qәribә görsәnirdi. Hәr halda, bundan sonra bizim-
kilәr blok komendantının vә onun iki kömәkçisinin
hәndәvәrindә xüsusi fәallıqla dolaşmağa başlamışdılar:
adamlar sözarası onlara yaxınlaşır, nәsә soruşur, özlәrinә
müәmmalı qalan hәr şeyi nә yollasa aydınlaşdırmağa
çalışır, eşidib öyrәndiklәrini dә dәrhal bir-birlәrinә
çatdırırdılar.
Adamları әn çox narahat edәn, deyәk ki, epidemiya
ilә bağlı gәzәn söz-söhbәt idi. Soruşurdular: “Bәyәm bu-
rada epidemiya da olur?” “Olanda olur”, – qısa cavab