Page 109 - talesiz
P. 109
ESİZ

ki, burada mәqsәd başqadır (düzünü deyim ki, burasını 109
unutmuşdum); ümumiyyәtlә isә, özümә fikir verib әmin
oldum ki, şükür Allaha, deyәsәn, mәndә hәr şey qaydasın-
dadır, elә uşaqlar da heç yerlәrindәn şikayәtlәnmirdilәr.

Axşama hәlә çox vardı, o vaxtacan çox şey gördüm,
eşitdim, yerli adәt-әnәnәlәrin çoxu ilә tanış olmağa
imkan tapdım. Günün ikinci yarısında bizi qarşıda nәlәr
gözlәdiyi, nәdәn qorxmalı, nәyә ümid etmәli olduğumuz
barәdә o qәdәr söhbәtlәr oldu ki, bütün bunlar üzbәüzdә
tüstülәnәn borunu ikinci plana keçirmişdi. Bәzәn o boru-
nun varlığını ümumiyyәtlә unudurduq. Çoxumuz әmin
olduq ki, hәr şey külәyin istiqamәtindәn asılıdır.

Qadınları da ilk dәfә o gün gördüm. Bizimkilәr mәf-
til çәpәrin yanında toplaşıb hәyәcanla uzağı göstәrirdilәr.
Doğrudan da, onlar idi, hәrçәnd aramızda böyük palçıq
sahә vardı vә bu mәsafәdәn hәrәkәt edәn qadın fiqurlarını
seçmәk o qәdәr dә asan deyildi. Onlara baxanda bir az
qorxdum. Fikir verdim ki, әtrafdakı insanlar da ilk
hәyәcandan sonra elә bil sәslәrini kәsdilәr. Yalnız boğuq,
bir qәdәr dә titrәk sәslә deyilәn “dazbaşdırlar” sözü uzun
zaman yadımdan çıxmadı. Hökm sürәn sәssizlikdә,
yüngülcә әsәn axşam yelindә ilk dәfә güclә eşidilsә dә,
civiltini xatırladan, amma heç şübhәsiz, şәn, azadә
musiqi sәdalarını ayırd elәyә bildim. O musiqi indicә
gördüyümüz mәnzәrәylә yanaşı, içi mәn qarışıq, hamı-
mızı sarsıtdı.

Az sonra mәn nәyi gözlәdiyim haqda heç bir
anlayışım olmadan, ilk dәfә bizim barakın qarşısındakı
dәstәnin sonuncu sәflәrindәn birindә dayanmışdım. Yeri
gәlmişkәn, digәr barakların qarşısında da mәhbuslar ey-
nilә bu cür düzülmüşdülәr: irәlidә, arxada, yanlarda – göz
işlәdikcә eyni mәnzәrә idi. Mәftillәrin arxasında vә әsas
yolda komanda sәslәnәndә ilk dәfә başımdan papağımı
   104   105   106   107   108   109   110   111   112   113   114