Page 115 - talesiz
P. 115
ESİZ
tikә әti qatar tәrpәnmәzdәn әvvәl bizә verdilәr. Mәn 115
buterbrodumu elә o saat yedim; әvvәla, ona görә ki ac
idim, ikincisi isә, vaqonda yemәyi saxlayacaq yer yoxdu.
Hәm dә ona görә ki üç gün yol gedәcәyimiz heç kimә
deyilmәmişdi.
Buhenvalda sәhәr gәlib çatdıq. Günәşli gün olsa da,
göy üzündә bulud vardı. Hava tәmiz vә sәrindi, arada
yüngül meh әsirdi. Osvensimdәn sonra yerli vağzal
әyalәtsayağı yarımstansiya tәsiri bağışlayırdı. Düzdür,
bizi o qәdәr dә fәrәhlә qarşılamadılar. Burada vaqonun
qapılarını dustaqlar deyil, әsgәrlәr açdı. Beynimdәn keçdi
ki, bu, mәnim onlarla birbaşa ilk yaxın tәmasım, hәtta sıx
әlaqәmdir. Gözlәrimi döyә-döyә hәr şeyin necә sürәtlә
vә hәdsiz dәqiqliklә yerinә yetirildiyini müşahidә
edirdim. Bir neçә rabitәsiz komanda eşidildi: “Alle’raus!
Los! Fünferreihen! Bewegt euch!1. Bir neçә küt zәrbә, bir
neçә şapalaq, bir-iki tәpik, tüfәng qundağının zәrbәsi,
boğuq çığırtılar vә budur, dәstәmiz sıraya düzlәnәrәk
irәliyә hәrәkәt edir. Perronun sonunda, hәr dәfә eyni
döngәdә dәstәyә (zolaqlı paltar geymiş iyirmi beş
nәfәrdәn ibarәt hәr qrupa) hәr iki tәrәfdәn bir әsgәr
qoşulurdu vә onlar gözlәrini әsirlәrdәn bir an da olsun
ayırmadan dәstәdәn tәxminәn bir metr aralıda gedirdilәr.
Kirimişcә, dinib-danışmadan addımlayır, istiqamәti
yalnız öz addımlarının ahәngi ilә müәyyәn edirdilәr.
Hәmçinin uşaqlıqda kağız parçaları vә çubuqlardan
düzәldib kibrit qutularına yönәltdiyimiz tırtılı xatırladan,
eyni ritmin, eyni tәrәddüdlü addımların birlәşdirdiyi
dәstәmizi daim ayaqda saxlamağa çalışırdılar. Bütün bun-
lar mәni sanki hipnoz edib öz tәsir dairәsinә almış, fikir
vә düşüncәmi özünә tabe elәmişdi. Gülümsәmәmәkdәn
1 Alle’raus! Los! Fünferreihen! Bewegt euch! – Hamı çıxsın! Cəld! Beş
nəfər bir cərgəyə düzlən! Tərpənin! (alm.)