Page 117 - talesiz
P. 117
ESİZ

eyni materialdan – ağ, yumşaq, dәnәvәr, tutqun daşdan 117
düzәldilmişdi, intәhası, üstü nәinki sәliqәsiz, hәtta yön-
dәmsiz şәkildә cilalanmışdı. Paltarının şaquli zolaqla-
rından, tüksüz başından, duruşundan, әn başlıcası da,
ifadә elәdiyi hәrәkәtdәn bunun dustaq fiquru olduğunu
anlamaq çәtin deyildi. Qabağa әyilmiş başı, geriyә uzanıb
dizdәn qatlanmış vә yerdәn azca yuxarı qalxmış ayağı,
çox güman ki, qaçışı ifadә edirdi. Әllәrindә nәhәng daş
kuboku bәrk-bәrk tutmuşdu. İlk dәqiqәlәrdә heykәl-
tәraşlıq işinә laqeyd baxdım – bizi hәlә mәktәbdә belә
öyrәtmişdilәr – o, gözümә sadәcә incәsәnәt әsәri kimi
göründü. Amma sonradan ağlıma gәldi ki, heykәl hansısa
mәna daşıya bilәr. Bәlkә dә, bu, yeni gәlәn bizlәr üçün o
qәdәr dә yaxşı әlamәt olmaya bilәrdi.

Bu zaman sıx hörülmüş mәftillәri, ardınca da yerә
әyilәn iki dirәyin arasındakı giriş qapılarını gördük.
Qapıların üstündә gәmidәki kapitan körpücüyünü
xatırladan şüşәbәnd qüllә vardı. Bir dәqiqә sonra biz
hәmin qüllәnin altından keçdik. Belәliklә, artıq Buhen-
valddakı hәrbi әsir düşәrgәsindә idim. Düşәrgә dәrә-tәpә
әrazidә yerlәşir vә geniş yamacın yuxarı hissәsini tu-
turdu. Buranın havası tәmiz idi, mәnzәrәnin rәngarәngliyi
adama xoş tәsir göstәrirdi. Әtraf meşәlik idi, ağaclar,
aşağı vadidәki kәnd evlәrinin qırmızı damları göz
oxşayırdı.

Giriş qapısından solda hamam yerlәşir. Burada bizi
qarşılayan dustaqlar mehriban olsalar da, Osvensim-
dәkilәrdәn fәrqlәnirlәr. Gәlib çatan kimi adamı yuyun-
durur, bәrbәrә aparır, tәmizlәyici maye ilә dezinfeksiya
edir, paltarını dәyişirlәr. Buranın qarderobu da әn xırda
detallarına qәdәr eynәn Osvensimdәkinә oxşayır. Tәkcә
hamamın suyu bir az istidir, bәrbәrlәr işlәrini daha ehti-
yatla görürlәr, paltar verәn anbardar da gözucu baxıb
ölçünü müәyyәnlәşdirir.
   112   113   114   115   116   117   118   119   120   121   122