Page 121 - talesiz
P. 121
ESİZ

ların üzündә hәmin tәbәssüm vardı. Geyimlәrindәki 121
nömrәlәr onların on, ya iyirmi min dustaqdan lap
әvvәlincilәri olduqlarını göstәrirdi. Bәzәn dörd, hәtta üç-
rәqәmli nömrәlәrә rast gәlirdim.

Öyrәndim ki, bizim düşәrgәdәn bir az aralıda öz
incәsәnәtiylә tanınan mәşhur Veymar şәhәri yerlәşir.
Şәhәr haqqında, tәbii ki, mәn dә evimizdә, gimnaziyada
eşitmişdim. Mәsәlәn, bilirdim ki, bir çox şeylәrlә yanaşı,
orada әsәri “Wer reitet so spät durch Nacht und Wind?”1
sözlәri ilә başlayan mәşhur bir şair yaşayıb vә mәn hәmin
şeiri әzbәr bilirdim. Bir dә deyirdilәr ki, bizim düşәrgәnin
hansı yerindәsә xatirә lövhәsi var vә biz mәhkumları o
lövhәdәn ayıran hasarı – nәhәng, qollu-budaqlı ağacı bir
zamanlar o mәşhur şair öz әliylә әkibmiş. Әgәr bütün
bunları nәzәrә alsaq, Osvensimdәn yola düşәndә orada-
kıların bizә qәribә ifadәylә baxan baxışlarını anlamaq
çәtin deyildi. Düzünü deyim ki, Buhenvaldı mәn dә tez
xoşladım.

Seys, daha dәqiq desәk, bu yaşayış mәntәqәsinin
adıyla adlandırılan hәbs düşәrgәsi Buhenvalddan qatarla
birgecәlik mәsafәdә yerlәşirdi. Qatardan düşәndәn sonra
mühafizә dәstәsinin müşayiәti altında yaxşı becәrilmiş
taxıl zәmilәrinin, elәcә dә digәr kәnd mәnzәrәlәrinin yanı
ilә (bunu şәxsi tәcrübәmdәn bilirәm) iyirmi beş dәqiqәlik
piyada yol getdik. Hәr halda, indi yerimiz daimi idi vә
burada uzun müddәt qalacaqdıq. Bizi inandırırdılar ki,
bizim dәstәdәn soyadı әlifba sırasıyla “M” hәrfinә qәdәr
olanlar qalacaq, “M”-dәn sonra gәlәnlәr isә Maqdeburq
yaxınlığındakı әmәk düşәrgәsinә göndәrilәcәk. Bu şәhә-
rin adı öz tarixi keçmişinә uyğun olaraq, Seysdәn daha
tanış sәslәnirdi.

1 Wer reitet so spät durch Nacht und Wind? (İ.V.Hötenin “Meşə hökmdarı”
balladasının ilk misrası).
   116   117   118   119   120   121   122   123   124   125   126