Page 126 - talesiz
P. 126
İMRE KERTES
istәyirdim, amma bu dәm üç nәfәr geri qayıtdı; görünür,
bayaqdan elә onları gözlәyirmişik. Bundan on dәqiqә
әvvәl baş verәnlәrdәnsә qulağıma qәribә bir ad dәymişdi.
Bir neçә adam xorla qışqırırdı: “Doktor Kovaç!” Bu vaxt
sıradan tәvazökar, hәtta utancaq, bir növ ümumi iradәyә
tabe olan hәlim sifәtli, tәpәsi keçәl qırxılmış kök bir adam
peyda oldu vә daha iki nәfәrә işarә elәdi. Onların üçü dә
qara paltarlı adamla birlikdә harasa getdilәr. Bir qәdәr
sonra arxa sıralara xәbәr gәldi ki, guya biz öz bloku-
muzun rәisini (Blockaltester) vә Stubendiensti1 (mәn
bunun “növbәtçi” mәnası verdiyini almancası çox zәif
126 olan Bandi Sitroma tәrcümә elәdim) seçmişik. Onlar bizә
komanda verilәrkәn әmәl etmәyә borclu olduğumuz bir-
iki şey öyrәtdilәr. Çünki, onların dediyinә görә, bu şeylәri
bizә bir dә xatırlatmayacaqdılar. O komandalardan
bәzilәrini (mәsәlәn, “Achtung!”, “Mützen… ab!”, “Müt-
zen… auf!”2) әvvәlki tәcrübәmdәn bilirdim. Amma
yenilәri dә vardı: “Korrigiert!”, yәni “Düzәlt!” (tәbii ki,
papağı düzәltmәk nәzәrdә tutulur). “Aus!” deyilәndә isә
(bizә belә izah elәmişdilәr) dәrhal әllәrimizi yanımıza
salmalıydıq.
Biz bütün bunları dәfәlәrlә tәkrarladıq. Blok rәisi-
mizdәn daha bir vacib vәzifәmizin olduğunu öyrәndik:
rәhbәrliyә raport vermәliydik. Bu sәhnәni elә sıramızın
qarşısındaca bir neçә dәfә mәşq elәdik. Üstәlik, alman
zabiti rolunu “denşik”lәrdәn biri – yanağında bәnövşәyi
lәkәlәr olan kürәn, enlikürәk, nataraz bir adam oynayırdı.
Rәisin sәsi eşidilirdi: “Block fünf ist zum Appel. Es soll
zweihundert fünfzig, es ist…”3 vә s. Belәcә, mәn iki yüz
1 Stubendienst – burada: barakda nizam-intizama nəzarət (alm.)
2 Achtung! Mützen… ab! Mützen… auf! – Diqqət! Papaqlarınızı çıxarın!
Papaqlarınızı taxın! (alm.)
3 Block fünf ist zum Appel. Es soll zweihundert fünfzig, es ist… – Beş
saylı blok yoxlama üçün düzülüb. Heyət iki yüz əlli adamdan ibarətdir... (alm.)