Page 130 - talesiz
P. 130
İMRE KERTES
yәn yaxşı nümunәlәrdәn örnәk götürmәk, böyük ehti-
malla, heç yerdә mәhbәsdәki qәdәr mühüm rol oynamır.
Bunu anlamaqçün sadәcә köhnә dustaqların mәskun-
laşdığı bir nömrәli blokun yanında veyillәnmәk bәs
elәyirdi. Paltarlarındakı sarı üçbucaq onların haqqında
zәruri mәlumatı verir. “L” hәrfi isә bu adamların uzaq
Litvadan, daha dәqiq desәk, Riqa şәhәrindәn olduq-
larından xәbәr verir. Onların arasında gördüyüm bәzi
qәribә varlıqlar başlanğıcda mәni bir az tәәccüblәn-
dirmişdi. Aralıdan onların hamısı qәdim rahiblәrә
oxşayırdı: dikburun idilәr, başları çiyinlәrinә batmışdı,
130 çirkli, zolaqlı paltarları arıq çiyinlәrindәn elә sallanırdı
ki, elә bil asılqandan asılmışdı. Hәtta әn qızmar istilәrdә
dә onlar qışda üşüyәn qarğanı xatırladırdılar. Onların hәr
inamsız, yuxulu addımında bir sual gizlәnirdi vә
ümumiyyәtlә, bu addımı atmaq belә ciddi sәy tәlәb
edirdimi? Bu gәzәri sual işarәlәrini (bu arıq, zәif adamları
istәr görkәmlәrinә, istәrsә dә ölçülәrinә görә başqa cür
adlandıra bilmirәm) düşәrgәdә “müsәlmanlar” adlandır-
dıqlarını tezliklә öyrәndim. Bandi Sitrom mәni dәrhal
xәbәrdar etdi: “Onlardan uzaq dur. Belәlәrinә baxanda
adam özünü asmaq istәyir”. Onun sözlәrindә böyük
hәqiqәt vardı. Hәrçәnd zaman-zaman bir şeyә әmin
oldum ki, adamın özünü asması üçün başqa çox şeylәr dә
lazımdır. Amma hәr şeydәn öncә inadkarlıq (hansı for-
mada olur-olsun) vacibdir; әminliklә deyә bilәrәm ki,
Seysdә bu inadkarlıq bәc deyincә idi vә hәrdәn bu, çox
da kömәk edirdi. Misal üçün, o qәribә dәstәnin (gizli
tәşkilatın, yaxud tayfanın – bilmirәm necә adlandırım)
üzvlәrindәn biri cәrgәdә mәndәn solda dayanırdı. O adam
Seysә gәlişilә mәni tәәccüblәndirmişdi. Bandi Sitrom
onların haqqında mәnә çox şey danışdı. Mәsәlәn, ondan
öyrәndim ki, bu adamları bizlәrdә “finlәr” adlandırırlar.