Page 131 - talesiz
P. 131
ESİZ
Hәqiqәtәn dә, onların birindәn haralı olduğunu xәbәr 131
alanda, sәnә cavab vermәyi özünә layiq bilsә, belә
deyәcәkdi: “fin Minkaç” – yәni “Munkaçdanam”, yaxud
“fin Şadarada”, yәni (heç ağlınıza da gәlmәz!) “Şatoral-
yauheydәnәm”1. Bandi Sitrom o xalqı (belә demәk
mümkünsә) hәlә әmәk düşәrgәsindәn tanıyırdı vә onlar
haqqında elә dә yüksәk fikirdә deyildi. İşdә, yürüşdә,
yoxlamada – hәr yerdә onları görmәk mümkündü. Bu
adamlar hamıyla eyni sırada duraraq bәdәnlәrinin yuxarı
hissәsini ritmik şәkildә yırğalayır vә yorulmadan, sanki
hansısa ömürlük cәza çәkirmiş kimi, burunlarının altında
dua oxuyurdular. Birdәn onlardan hansınınsa mızıl-
danaraq “bıçaq satılır” dediyini eşitsәniz, qulaq asmayın.
Lap nә qәdәr cәlbedici dә olsa (xüsusәn dә sәhәrlәr),
belәsinin “şorba satılır” sözlәrinә qәti qulaq asmayın.
Çünki onlar şorba yemir, dustaqlara verilәn vursdan da
istifadә elәmirdilәr; mәnsub olduqları dinin şәrtlәrinә
uyğun deyildi. “Bәs nә ilә dolanır, necә sağ qalırdılar?” –
deyә Bandi Sitromdan xәbәr alsan, cavabı belә olacaqdı
ki, qorxma, onlara heç nә olmaz.
Doğrudan da, sağ-salamat idilәr vә onlara heç nә ol-
murdu. Öz aralarında, elәcә dә latışlarla söhbәtdә idiş
dilindәn istifadә elәyirdilәr. Amma almanca da, slovakca
da, Allah bilir, daha hansı dillәrdә danışmağı bacarırdılar.
Bircә macar dilini – tәbii ki, söhbәt ticarәtdәn getmirsә –
bilmirdilәr. Bir dәfә heç cür canımı qurtara bilmәdiyim
bir hadisә mәni onların dәstәsinә gәtirdi. Birinci sualları
belә oldu: “Reds di idiş?” “Tәәssüf ki, yox” dediyim
andan mәni heçә sayıb üstümdәn xәtt çәkdilәr, görmәz-
liyә vurdular, adam yerinә qoymadılar. Onlarla ünsiyyәtә
1 Munkaç – Ukraynanın Zakarpatya vilayətindəki Mukaçeva şəhərinin macar
dilindəki adı, Şatoralyauhey isə Macarıstanda şəhərdir.