Page 132 - talesiz
P. 132
İMRE KERTES

nә qәdәr can atsam da, bir şey çıxmırdı. “Yәhudi-filan
deyilsәn, qoysan”, – başlarını yellәyib idişcә mәnә belә
deyirdilәr. Mәnsә heç cür anlaya bilmirdim ki, ticarәtdәn
yaxşı baş çıxaran bu adamlar nәticәdә onlara xeyirdәn
çox ziyan gәtirәn xırda mәsәlәdәn niyә belә ağılsızcasına
yapışıb durublar. O gün, onların arasında olarkәn mәnә
әvvәldәn, hәlә evimizdәn yaxşı tanış olan hansısa
narahatlığın hakim kәsildiyini duymuşdum. Özümü çox
naqolay hiss elәyirdim: elә bil paltarım qaydasında de-
yildi, yaxud qәbul olunmuş ümumi normaya uyğun
gәlmirdim. Uzun sözün qısası, onların arasında özümü
elә yәhudi kimi hiss elәyirdim vә bu, çox qәribә idi. Axı
132 mәn başqa yerdә yox, digәr yәhudilәrlә birlikdә hәbs
düşәrgәsindә idim.

Bәzәn Bandi Sitrom mәni hәtta müәyyәn dәrәcәdә
tәәccüblәndirirdi dә. Fasilә vaxtı cәrimә batalyonunun
әmәk düşәrgәsindә öyrәndiyi sevimli mahnısını (o qәdәr
tez-tez eşidirdim ki, sonralar özüm dә әzbәrlәdim) oxu-
yurdu. “Ukrayna torpağını minadan tәmizlәrik / Qorxu
nәdi bilmәrik, ürkü nәdi bilmәrik” – mahnı bu sözlәrlә
başlayırdı. Son bәndi xüsusilә xoşuma gәlirdi: “Birdәn-
birә ayaqlarımız çaşar / Qara torpaq qanımıza bulaşar /
Gözü yaşlı bir quşun qanadında / Bu bәd xәbәr evimizә
çatanda / Söylәyәr ki, bizi gözlәmә, amma / Ağlamaqdan,
sızlamaqdan usanma / Biz ölüncә sәnә sadiqik, inan / Ey
әziz anamız, ey Macarıstan”. Gözәl, hәm dә kәdәrli
mahnıydı, melodiyası da qәmli idi. Bu musiqiyә oyna-
maq olmazdı. Sözlәri dә nәsә bir başqa cürdü, hәr dәfә
mәni bәrk tәsirlәndirirdi. Doğrudur, o vaxt qatarın
pәncәrәsindәn bizә qışqıran jandarmın “biz dә macarıq”
sözlәrini, elәcә dә әmәk düşәrgәsinә aparılan adamları
yadıma salırdı; düzünә qalanda, vәtәn onları nәyә görәsә
cәzalandırmışdı. Bir dәfә bu barәdә Bandiyә dә dedim.
O, etiraz elәmәyә bir söz tapmadı, yalnız iztirablı, әsәbi
   127   128   129   130   131   132   133   134   135   136   137