Page 137 - talesiz
P. 137
ESİZ
uğurlar әldә etmәsi ilә dözümlü yer tәәssüratı yaradırdı. 137
Hәftәdә iki dәfә yarım pay çörәk, üç dәfә onun üçdәbiri,
iki dәfә dә dörddәbiri qәdәr verirdilәr. Zulage isә kifayәt
qәdәr tez-tez olurdu. Hәftәdә bir dәfә soyutma kartof
(kepkalarımıza altı kartof atırdılar; bundan artıq Zulage
düşmürdü), bir dәfә dә südlü әriştә verirdilәr.
Şehli yay sәhәri, aydın sәma, isti qәhvә yuxudan
erkәn oyanmanın (belә dәqiqәlәrdә ayaqyoluda işini tez
görmәlisәn, çünki “Appel!”, “Antreten!”1 әmrlәri çox
lәngimir) mәyusluğunu tez unutdurur.
Sәhәr yoxlaması, adәtәn, çox vaxt almır, axı qarşıda
bizi iş gözlәyir, işә tәlәsmәliyik. Zavodun dustaqlar
istifadә elәdiyi yan keçidlәrindәn biri düşәrgәdәn on beş
dәqiqәlik mәsafәdә yerlәşir. Ora getmәk üçün şosedәn
sola dönmәk vә qumlu, maili yamacla düz getmәk
lazımdır. Artıq uzaqdan uğultu, cingilti, ağır nәfәsalmalar,
boğaz arıtlamağa bәnzәr sәslәr eşidirdik: zavod bizi
qarşılayır. Bura әsl şәhәrcikdir – öz dolanbac küçәlәri,
dalanları, yolayrıcıları, qaldırıcı kranları, yerqazan
maşınları, dolaşıq relslәri, tüstüsü göyә qalxan boruları,
soyutma qurğuları, boru kәmәrlәri olan әsl şәhәrcik.
Kefin istәyәn qәdәr çuxurlar, xәndәklәr, xarabalıqlar,
torpağın altından bağırsaq kimi burulub çıxan borular,
kabellәrin xaotik görüntüsü – bunların hamısı hava
hücumlarının izlәri idi. İlk nahar fasilәmizdә öyrәndim
ki, zavod “Braun-Kohl-Benzin Aktiengesellschaft”2,
yaxud qısaca “Brabag” adlanır.
“Haçansa bu abbreviaturanı birjada qeydә alıblar”, –
bunu burada eşitmişdim vә hәtta mәnә bu informasiyanı
yayan kök bir adam da göstәrdilәr. O, ağır-ağır fısıldayır,
1 Appel! Antreten! – Yoxlama! Düzlən! (alm.)
2 Braun-Kohl-Benzin Aktiengesellschaft – Boz kömürdən benzin hasilatı
üzrə aksioner cəmiyyət (alm.)