Page 141 - talesiz
P. 141
ESİZ
qara geyimdә peyda olurdu. Sәhәrlәr fit çalaraq yuxudan 141
qalxmamız üçün siqnal verir, axşamlar hansısa hadisәni
(әgәr hadisә baş vermişdisә) tәftiş edirdi. Onun çoxlu
apartamentlәri barәdә saysız-hesabsız söhbәtlәr gәzirdi.
Deyilәnlәrә görә, almandı, amma damarında qaraçı qanı
(öz aramızda onu “Qaraçı” çağırardıq) axır. Elә hәbs
düşәrgәsinә düşmәsinin birinci sәbәbi dә budur. İkinci
sәbәb anadangәlmә tәbii meyillәrdәn sapması idi ki, bunu
da Bandi ilk baxışdan müәyyәn elәmişdi. Yaxasındakı
üçbucağa gәlincә isә, bu, ondan xәbәr verirdi ki, Qaraçı
özündәn yaşlı olan bir xanımı öldürüb vә qarәt edib.
Deyilәnә görә, qadın çox zәnginmiş, Qaraçı da onun
hesabına dolanırmış. Belәliklә, hәyatımda ilk dәfә әsl
qarәtçi vә cinayәtkar görürdüm. Üstәlik dә, belә birisinin
vәzifәsi qayda-qanunu qorumaq, düşәrgәdә әdalәti
bәrqәrar etmәk idi. Hamımız, o cümlәdәn dә mәn bunu
bir o qәdәr dә mәntiqli saymırdıq. Digәr tәrәfdәn, etiraf
etmәyә bilmәzdim ki, müәyyәn şәraitdә rәnglәri çox
asanlıqla dәyişik salmaq olur. Mәsәlәn, şәxsәn mәnim
blok rәisinin kömәkçilәrindәn biri ilә (hәrçәnd o, son
dәrәcә tәmiz vә vicdanlı adamdı) ciddi problemlәrim
yaranmışdı. Elә buna görә dә kömәkçini yaxşı tanıyanlar
onun xeyrinә sәs vermişdi. Elә düşәrgә rәisi vәzifәsinә
doktor Kovaçı (mәnә izah elәdilәr ki, “doktor” rütbәsi
hәkim yox, vәkil mәnasını verir) seçәnlәr dә hәmin
adamlar idi. Deyirdilәr ki, onların hamısı eyni kәnd-
dәndir; gözәl mәnzәrәli Balaton sahilindәki Şiofokdan.
Hәmin o kürәn kömәkçinin isә (gәlәn kimi ondan gözüm
su içmәmişdi) adı Fodor idi. Bilmirәm, düzdür, ya yox,
amma bir şeyi hamı tәsdiqlәyirdi: Lageraltester yum-
ruğunu (vә ya dәyәnәyi) ona görә işә salır ki (hәr halda,
düşәrgәdә belә deyirdilәr), bu, ona xüsusi lәzzәt verir.
Daha tәcrübәli düşәrgә sakinlәri bu lәzzәti onun kişilәrdә,