Page 144 - talesiz
P. 144
İMRE KERTES

mış vә yaxud ilk iş günümüzdә relyef xәritәsindә aydın
nәzәrә çarpan dәrә-tәpәlik kimi gah şişәn, gah bәrkiyәn,
gah da yay kimi yığılıb-açılan әzәlәlәrinә tәәccüblә
baxdığım adamla müqayisә elәmәyә çalışırdım. Yalnız
bu mәnzәrәni tәsәvvür etdikdә hәr şeyi anladım: bәzәn
zahiri görünüşә görә gözlәrimiz dә bizi aldadır. Çox
güman ki, bütöv bir ailә – Kolmanlarla bağlı proses dә
elә bu sәbәbdәn diqqәtimdәn kәnarda qalıb. Hәrçәnd baş
verәnlәrin nәticәsi kifayәt qәdәr fikrә gәlmәyә imkan
verir. Düşәrgәdә onları hamı tanıyırdı, әvvәllәr Kişvarda
adlı әrazidә yaşayırdılar. Düşәrgәdә o yerdәn çox adam
vardı vә onların Kolmanlara münasibәtindәn, o ailә
144 haqqında danışdıqlarından belә qәnaәtә gәlmişdim ki,
yaşadıqları kәnddә, güman ki, sayılan, hörmәtli ailә olub-
lar. Burada ailәdәn üç nәfәr vardı: balacaboy, dazbaş ata
vә özünә az oxşayan iki oğlu (amma qardaşlar bir-birinә
lap әkiz kimi oxşayırdılar: hәr ikisinin gözlәri mavi,
saçları sapsarı; yәqin, analarına çәkmişdilәr). Üçü dә
hәmişә birlikdәydi, hәtta imkan olanda әl-әlә dә tuturdu-
lar. Bir müddәt keçdi vә gördüm ki, ata artıq oğlanlarına
yetişә bilmir vә uşaqları ona kömәk edir, az qala, әlindәn
tutub aparırlar. Bir müddәt dә keçdi vә ata daha gözә
dәymәdi, qardaşlar işә ikilikdә gedib-gәlirdilәr. Birazdan
böyük qardaş kiçiyi dalınca dartmağa başladı. Sonra kiçik
qardaş da yoxa çıxdı, tәk qalan böyük qardaş isә özü dә
zorla yerimәyә başladı. İndi heç ona da rast gәlmirәm.
Bir daha tәkrar edirәm ki, mәn bütün bunların fәrqindә
idim, amma heç dә düşünüb, beynimdә dolandırıb nәticә
çıxarmaqla yox, yavaş-yavaş, addım-addım, basdığım hәr
pillәyә alışa-alışa fәrqinә varırdım. Bәlkә dә, elә buna
görә tam anlamda qavraya bilmirdim. Halbuki, yәqin,
özüm dә dәyişmişdim: gözәl günlәrin birindә düşәrgәnin
mәtbәxindәn arxayın-arxayın çıxan Dabbağı gördüm
(sonralar öyrәndim ki, kartof tәmizlәmәyә icazәsi olan,
   139   140   141   142   143   144   145   146   147   148   149