Page 139 - talesiz
P. 139
ESİZ

güzarlar, görüşlәr, söhbәtlәr, anlaşmalar, fikir mübadilәsi. 139
Qazanların insanın içini sevinclә dolduran gurultusu vә
hamını yerindәn qalxıb cәld davranmağa mәcbur elәyәn
zәngin sәsi hәmin o birsaatlıq vaxta son qoyurdu. Ardınca
“Appel!” әmri eşidilir vә bu zaman hamının beynindәn
bircә sual keçirdi: “Görәsәn, nә qәdәr çәkәcәk?” Amma
bir saat, iki saat, üç saat keçir (bu müddәtdә projektorları
da yandırırdılar), hәr iki tәrәfdәn dördmәrtәbәli qutular
(burada onlara “boks” deyirdilәr) yığılmış çadırın
içәrisinә aparan dar keçidlә tәlәsik qaçıb yatacaq
yerlәrimizә gedirik. Sonra yarıqaranlıq çadırda müәyyәn
müddәt pıçıltılar eşidilir. Gecәnin bu saatı keçmiş,
gәlәcәk vә azadlıq haqqında söhbәtlәrin zamanıdır. Bu
söhbәtlәr zamanı öyrәnirsәn ki, heç demә, orada, öz
evindә hamı inanılmaz dәrәcәdә xoşbәxt vә zәngin imiş.
Onu da deyim ki, daha çox bu barәdә danışırdılar.
Öyrәnirsәn ki, şam vaxtı kim nә yeyirmiş. Bәzәn dә
kişilәr bir-birilә şәxsi qәnaәtlәrini bölüşürdülәr. Mәsәlәn,
bir dәfә kimsә әminliklә dedi ki – sonralar bir dә bu
barәdә eşitmәdim – yediyimiz horraya, sәhv elәmirәmsә,
“brom” adlanan sakitlәşdirici maddә qatırlar. Hәr halda,
düşәrgәnin daha cavan sakinlәri bu fikirdә idilәr vә bunu
deyәrkәn üzlәrindә çoxmәnalı, bir az da sirli ifadә vardı.
Bandi Sitrom belә dәqiqәlәrdә mütlәq “Unutma mәni”
küçәsini, Budapeştin alovlarını vә “macar arvadları”nı
xatırlayardı ki, ilk vaxtlar mәn bu mövzuda söhbәtә girişә
bilmirdim. Bir dәfә qәribә musiqi ahәngiylә müşayiәt olu-
nan boğuq, sakit, zorla eşidilәn sәslәr eşitdim. Sәs gәlәn
tәrәfә dönәndә uzaq küncdә zәif şam işığı gördüm.
Kimsә dedi ki, bu gün cümә günüdür, oradakı adam da
ruhanidir, daha doğrusu, ravvindir. Mәn yuxarı yaruslara
dırmaşdım ki, küncdә baş verәnlәri görә bilim. Doğrudan
da, insanların arasında Budapeştdәn tanıdığım ravvini
   134   135   136   137   138   139   140   141   142   143   144