Page 140 - talesiz
P. 140
İMRE KERTES

gördüm. O, düşәrgә paltarında ibadәt edirdi, mәnsә dua

elәmәkdәn çox yatmaq istәyirdim. Biz Bandi Sitromla

özümüzә yuxarı yarusda yer tutmuşduq. Öz boksumuzu

daha iki nәfәrlә bölüşürdük. İkisi dә cavan, şәn vә bizim

kimi budapeştli idilәr. Döşәk әvәzinә altımızda taxta

parçası vardı, onun üstünә dә saman döşәnmişdi. İki

adama bir adyalımız vardı, yayda isә adyala ehtiyac

qalmırdı. Yerimiz o qәdәr dә geniş deyildi, mәn dönәndә

qonşum da dönmәli olurdu. Әgәr o, dizlәrini sinәsinә

yığsaydı, gәrәk mәn dә dizlәrimi yığaydım. Amma elә

bәrk yatırdıq ki, hәr şeyi unudurduq. Doğrudan da, gözәl

140 günlәrdi.
Dәyişikliyi bir qәdәr sonra hiss elәdim. Әvvәlcә

çörәk payımızın ölçüsü dәyişdi. İndi bizә palçıq kimi

qara, balaca yarımkömbәlәr verildiyi vaxtları xiffәtlә

xatırlayırdıq. İndi o kömbәlәri üçdәbir, dörddәbir çörәk

payı biryolluq әvәz edirdi. Üstәlik, Zulage dә bizimçün

şirin xatirәyә dönmüşdü.

Mәhz onda qatar yavaşımağa başladı vә sanki indicә

dayanacaqdı. Mәn hәlә dә irәli baxmağa çalışırdım,

amma sabahdan uzağı görmürdüm. Sabahınsa eynәn

bugünkü kimi olacağı (әlbәttә, bәxtin gәtirsә) gözlә-

nilirdi. Yaşamaq eşqim, hәvәsim gündәn-günә azalırdı.

Hәr sәhәr daha çәtin oyanırdım, hәr gecә daha yorğun

olur, daha ac vәziyyәtdә yuxuya gedirdim.

Mәcburәn hәrәkәt elәyirdim, gündәn-günә hәr şey

çәtinlәşirdi, vәziyyәtim hәr gün bir az da ağırlaşırdı. Eti-

raf edim ki, biz heç dә hәmişә nümunәvi dustaq deyildik

vә bu, tezliklә hәm әsgәrlәrә, hәm dә bizim imtiyazlı

yoldaşlarımıza tәsir elәmәyә başladı. Onların arasında öz

arzusuna görә ilk yerdә duranlardan biri dә, tәbii ki,

Lageraltester1 idi. O, әvvәlki kimi, hәmişә vә hәr yerdә

1 Lageraltester – düşərgə rəisi (alm.)
   135   136   137   138   139   140   141   142   143   144   145