Page 145 - talesiz
P. 145
ESİZ
buna görә dә hamının paxıllığı tutan avtoritetlәr arasında 145
yerini qızdıra bilib). Әvvәlcә heç cür mәni tanımaq
istәmәdi. Mәn adımı dedim, “Şella”dan olduğumu uzun-
uzadı izah elәmәli oldum. Sonra soruşdum: “Bir halda ki,
mәtbәxdәsәn, bәlkә, yemәyә bir şeyin (lap qazanın
dibindә qalan artıq da qәbuldur) ola?” Cavab verdi ki,
yaxşı, indi baxar, әvәzindә dә heç nә istәmir, amma
siqaret varsa, pis olmazdı. Çünki Vorarbeiter, onun
sözlәrilә desәm, “xalis tütün dәlisiydi”. Dedim ki, mәndә
siqaret yoxdur, o, dәrhal dönüb getdi. Bir qәdәr keçdi,
onu gözlәmәyin mәnasız olduğunu anladım. Onu da
anladım ki, dostluq әbәdi deyilmiş vә onun çәrçivәlәrini
hәyat öz qanunları ilә müәyyәn edir. Neylәmәk olar, tәbii
şeydir.
Daha bir hadisә oldu. Yanımdan sәntirlәyә-sәntir-
lәyә keçәn qәribә bir varlığı tanımadım. Anlamaq çәtin
deyildi: ayaqyoluya tәrәf gedirdi. Zolaqlı kepkası qulaq-
larına qәdәr sürüşmüşdü, üz-gözü şişmişdi, sapsarı bur-
nunun ucunda şәffaf bir damcı titrәyirdi. “Aradüzәldәn!”
– deyә aralıdan onu sәslәdim. O isә heç başını da döndәr-
mәdәn bir әliylә şalvarını tutaraq, ayaqlarını sürüyә-
sürüyә yoluna davam elәdi. Öz-özümә fikirlәşdim ki,
әcәb işdir, kimin ağlına gәlәrdi?
Daha bir görüş oldu. Budәfәki adam lap çox
saralmışdı, daha cılızdı, gözlәri daha iri, daha parıltılı idi.
Amma zәnnimdә yanılmamışdım: Tәnbәki idi. Elә hәmin
vaxt blok rәisinin “Abend”, “Morgenappel”1 raport-
larında sonradan daimi olacaq bir ifadә yaranmışdı. O
ifadәdә yalnız rәqәmlәr dәyişirdi: “Zwei im Revier”,
“Fünf im Revier”, “Dreizehn im Revier”2 vә s. Son-
1 “Abend”, “Morgenappel” – axşam və səhər yoxlaması (alm.)
2 “Zwei im Revier”, “Fünf im Revier”, “Dreizehn im Revier” – “İki nəfər
hərbi xəstəxanadadır”, “Beş nəfər hərbi xəstəxanadadır”, “On üç nəfər hərbi
xəstəxanadadır”. (alm.)