Page 146 - talesiz
P. 146
İMRE KERTES

ralarsa yeni bir “Abgang” (yәni “әskik”, “kәm”) anlayışı
meydana çıxdı. Yox, görünür, bәzәn elә şәrait yaranır ki,
xoş niyyәt kifayәt elәmir. Hәlә evimizdә olanda hansısa
kitabdan oxumuşdum ki, zamanla vә daha ciddi sәylәr
nәticәsindә hәr şeyә, hәtta katorqaya da, zindana da
alışmaq olar. Böyük ehtimalla, elә belәdir. Heç şübhәsiz,
evdә, yaxud hansısa normal, nizam-intizamlı vәtәndaş
hәbsxanasında bu, tamamilә mümkündür. Amma tәcrü-
bәmin mәnә dediklәrindәn bilirәm ki, düşәrgәdә, çәtin,
belә bir şansın ola. Bu әn çox mәnә aiddir. Hәr halda,
dәqiq deyә bilәrәm ki, nә daha az sәy göstәrilmәsinin, nә
146 dә xoş mәramın çatışmamasının buraya heç bir dәxli yox-
dur. Dәrd burasındadır ki, buralarda belә şeylәrә, sadәcә,
vaxtın qalmır.

Düşәrgәdәn qaçmağın, ya çıxmağın üç üsulu var ki,
onların üçünü dә gördüm, eşitdim vә öz üzәrimdә hiss
elәdim. Özümә gәlincә, mәncә, bu üsulların әn bәsitindәn
istifadә elәdim. İnsanın şüurunda bir sahә var – mәktәbdә
oxumuşdum – orada hәmişә tam vә şәriksiz söz sahi-
bisәn. Hәqiqәt belәdir: bizim tәxәyyülümüz hәtta әsir-
likdә belә azad qalır. Mәsәlәn, mәn özümü buna
öyrәtmәyә nail olmuşdum ki, әlimdә bel vә ya külüng,
qәnaәtlә, ehtiyatla, yalnız әn zәruri işlәri yerinә yetirәr-
kәn ruhәn burada olmayım. Düzdür, tәxәyyülün hüdud-
ları sonsuz deyil, yaxud yalnız müәyyәn çәrçivәdә
sonsuzdur. Belәliklә, mәn sәy göstәrmәklә eyni zamanda
әn müxtәlif yerlәrdә: Kәlküttәdә, Floridada, dünyanın
başqa yerlәrindә ola bilәrdim. Hәrçәnd bütün bunların
ciddi olmadığını bilirdim vә özümü buna inandırmaq
iqtidarında deyildim. Buna görә dә xәyallarım mәni daha
çox evimizә – Budapeştә aparırdı. Nә deyim, vallah, hәr
halda, bu variant digәrindәn, mәsәlәn, Kәlküttәdә olmaq-
dan az cәsarәt tәlәb etmir. Amma burada özüm üçün bir
   141   142   143   144   145   146   147   148   149   150   151