Page 148 - talesiz
P. 148
İMRE KERTES

bir gün xәyal edirdim; alaqaranlıqda yuxudan oyanmaq,
mәktәb, qorxu-ürkü, dadsız nahar vardı. O zaman
müxtәlif situasiyalarda buraxdığım sәhvlәri, bәlkә dә,
ümumiyyәtlә, gözdәn qaçırdığım bütün imkanları isә indi
burada – düşәrgәdә düzәldir, mükәmmәl şәkildә yenidәn
yaşayırdım. Әvvәllәr dә eşitmişdim, indi özüm dә tәsdiq
edirәm ki, hәtta әn qalın mәhbәs divarlarının belә insan
xәyallarının qanadını qırmağa gücü yetmәz, onun pәrvaz
edib uçmasına, hәqiqәtәn, әngәl ola bilmәz. Amma bir
pis şey var: hәrdәn tәxәyyülüm mәni bu dünyadan alıb,
öz qanadlarında uzaqlara çәkib aparsa da, yanımdakı
148 reallıq heç bir yerә getmәdәn yenidәn öz varlığını
xatırladır vә әn güclü, әn tutarlı dәlillәrlә ortaya çıxıb
üstünlüyü әlә alır.

O әrәfәdә bizim düşәrgәdә (mәsәlәn, lap son za-
manlar yaxınlığımızdakı altıncı blokda) sәhәr yoxlama-
sında dustaqların sayının rәsmi rәqәmlәrlә üst-üstә
düşmәmәsi daha tez-tez baş verir, uyğunsuzluq tez-tez
tәkrar olunurdu. Hәr kәs belә hadisәlәrin nә ilә yekun-
laşacağını çox gözәl anlayırdı. Çünki bәzәn “qalx”
siqnalının o adamları oyatmağa gücü yetmir ki, onları
oyatmaq, ümumiyyәtlә, mümkün deyil vә belәlәri göz
qabağındadır. Burada söhbәt başqa qaçış növündәn gedir.
Heç olmasa, bircә dәfә xam xәyala düşmәmәyi bacaran,
bu hәvәsin qarşısında duruş gәtirә bilәn adam (xüsusәn
dә sәhәr oyanıb, sәni qarşıda necә bir günün gözlәdiyini
düşünәndә vә çadırın içindәki hay-küyü eşidib, sәhәr
yoxlamasına gecikmәmәkçün qonşularının necә vurnux-
duğunu görәndә) hәr zaman mәtin vә iradәli olmağa
qadirdir.

Yox, mәn o mәtin, o iradәli, o dözümlü adamların
sırasında deyildim vә yәqin ki, mәni hәr gün sәylә özümә
gәlmәyә mәcbur edәn Bandi yanımda olmasaydı, çoxdan
   143   144   145   146   147   148   149   150   151   152   153