Page 152 - talesiz
P. 152
İMRE KERTES
yırğalanan başlar, boyunlar, çiyinlәr gördüm. Burada,
cәrgәlәrin ortasında zorla eşidilәn bәm sәslәr yerin
altından gәlәn, güclә duyulan, bununla belә, susmaq
bilmәyәn uğultuya çevrilirdi: “İsqadal-voyisqadal”
sözlәri durmadan tәkrar olunurdu. Hәrçәnd bu mәtlәb-
lәrdәn çox da xәbәrdar deyilәm, amma yenә dә bunun
“kadiş” – yәhudilәrin ölü duası olduğunu anladım. Hәtta
bunun özü dә indiki şәrtlәrә qarşı mümkün olan yeganә
dirәniş cәhdi, hәmçinin, böyük ehtimalla, çarәsiz,
müәyyәn mәnada diktә edilmiş yazılı göstәriş kimi,
insanların iradәsindәn asılı olmayaraq, üstәlik, tamamilә
152 mәnasız inadkarlıq idi. Axı bu sözlәr orada, irәlidә, onsuz
da, heç nәyi dәyişdirmәdi; asılanların bir-iki dәfә titrәmә-
sindәn başqa heç nә yerindәn tәrpәnmәdi, ayrı heç nә baş
vermәdi. Bununla belә, mәn ravvinin simasında, demәk
olar ki, әriyib yox olan hislәri dәrindәn anlaya bildim. Bu
hislәr o qәdәr güclü idi ki, ravvinin burun pәrәlәri qәribә
şәkildә titrәyirdi; elә bil çoxdan gözlәdiyi vә haqqında
hәlә biz kәrpic zavodunda olarkәn danışdığı tәntәnәli an
indi gәlib çatmışdı. O vaxt, özüm dә bilmirәm niyә,
hәyatımda ilk dәfә mәnә elә gәldi ki, nәsә çatışmır,
ruhumu müәyyәn bir hәsәd hissi bürüdü. Hәyatımda ilk
dәfә yәhudi dilindә dua etmәyi (lap bir neçә cümlә olsa
belә) öyrәnmәdiyim üçün tәәssüf hissi keçirdim.
Amma nә inadkarlıq, nә dua, nә dә qaçışın hәr hansı
forması mәni aclıqdan xilas elәmәyә yetmirdi. Әlbәttә,
evimizdә dә ac qaldığım vaxtlar olurdu, yaxud ac
olduğumu zәnn elәyirdim. Kәrpic zavodunda da kifayәt
qәdәr ac qalmışdım, qatarda da, Osvensimdә dә, hәtta
Buhenvaldda da. Amma bu hislә daimi, necә deyәrlәr,
uzunmüddәtli tanışlığım yox idi. Elә bil qarnımda yekә,
boş bir çuval vardı vә mәn ancaq bu dәrin, dibsiz,
tәlәbkar, acgöz çuvalı doldurub, ağzını tıxamaq haqqında