Page 157 - talesiz
P. 157
ESİZ
içindәn çәkib çıxarır, yarım metr aralıda isә ayağını 157
indicә fırçıltısını eşitdiyin hәmin qatı lilin içinә, hәmin
palçığa soxursan. Yox, belә bir şeyә heç hazır deyildim.
Lap hazır olsam belә, bu, nәyi dәyişәcәkdi ki?
Belәliklә, tez bir zamanda aydın oldu ki, ayaqqa-
bılarımızın taxta altlıqlarının dabanı get-gedә sınıb qopur.
Belәdә ayaqqabının qalın, amma getdikcә naziklәşәn vә
qandolanın burnu kimi yuxarıya qatlanmış pәncәsindә
müәyyәn bir nöqtәnin üstündә (yәni hacıyatmaz kimi
irәli-geri yırğalana-yırğalana) gәzmәyә mәcbursan. Bun-
dan başqa, qopmuş dabanın yerindәki nazik taxta
parçasının üstündә gündәn-günә böyüyәn çatlaqlar әmәlә
gәlir vә sәn addımladıqca onların arasından xırda
daşlarla, cürbәcür zir-zibillә qarışıq soyuq palçıq ayaq-
qabının içinә dolur. Eyni zamanda plastinanın kәlә-kötür
kәnarları topuğu (xüsusәn dә nazik dәrini) sürtüb qanını
çıxarır. Yaralar qaysaqlamağa imkan tapmırdı, üstünü qatı
qan örtürdü, özü dә qan şirә kimi olurdu. Qısası, birazdan
ayaqqabıları ayaqdan çıxarmaq mümkün olmurdu. Yәni
ayaqqabı ayağa yapışır, sanki onun ayrılmaz bir hissәsinә
çevrilirdi. Bütün gün çәkmәdә gәzir vә elә onunla da
yatmalı olurdun. Ona görә belә elәyirdin ki, gecә iki-üç,
bәzәn dә dörd dәfә sıçrayıb durmalı olduqda vaxt
itirmәyәsәn. Üstәlik, gecә ora-bura gedәrkәn zülmәtdә
ayağın dolaşır, yuxulu-yuxulu nәyinsә üstünә basır, sonra
qapının yerini tapır vә palçıqda sürünә-sürünә projek-
torların işığında gedәcәyin yerә çatırdın. Bәs gündüz, iş
vaxtı birdәn qarınağrısı tutsa, onda necә? O zaman bütün
cәsarәtini toplayıb papağını çıxarırsan, gözәtçiyә yaxın-
laşıb ayaqyoluya getmәk üçün icazә istәyirsәn: “Gehor-
samst zum Abort”1. Ancaq o halda icazә ala bilәrsәn ki,
yaxınlıqda dustaqların da istifadә edә bilәcәyi budka ola.
1 Gehorsamst zum Abort – Budkaya getməyə icazə verin. (alm.)