Page 162 - talesiz
P. 162
İMRE KERTES

bu yeni sürpriz, sağ dizimin yerindә әmәlә gәlmiş al-
qırmızı sallaq kütlә mәcbur etdi ki, onu bir daha
görmәmәk üçün üstünü tez örtüm. Düşәrgәdә lazaret
olduğunu bilirdim. Amma, әvvәla, qәbul vaxtı şam
yemәyi ilә üst-üstә düşürdü vә şam yemәyi mәnimçün
istәnilәn xәstәlikdәn önәmli idi. İkincisi, mәn harada
olduğumu yaxşı bilirdim, az-çox qazandığım tәcrübә vә
aldığım hәyat dәrslәri şәfa tapacağıma o qәdәr dә ümid
vermirdi. Üstәlik, lazaret uzaqda, bizimkindәn iki çadır
aralıda idi vә әmr verilmәdәn, yaxud hansısa zәrurәt
yaranmadan o boyda mәsafәni qәt elәmәyә sadәcә heyim
162 yox idi, dizim dәhşәtli dәrәcәdә ağrıyırdı. İş o yerә çatdı
ki, Bandi ilә yataq qonşumuz әl-әlә tutub oturacaq
düzәltdilәr vә mәni oraya apardılar. Orada mәni masaya
oturtdular, әvvәlcәdәn xәbәrdarlıq elәdilәr ki, ağrı
dözülmәz olacaq. Әmәliyyat elәmәdәn mümkün deyildi
vә hazırda әldә ağrıkәsici olmadığı üçün әmәliyyatı elә-
belә edәcәkdilәr. Dәhşәtli ağrının fonunda, eyni za-
manda, bu mәnzәrәni dә görә bildim: iti bıçaqla dizimi
çarpaz iki yerdәn kәsib, dәrinin altında yığılmış, yalan
olmasın, dәniz boyda irin çıxartdılar, sonra dizimi kağız
bintlә sarıdılar. Әmәliyyatdan dәrhal sonra şam yemәyini
soruşdum. Mәni sakitlәşdirdilәr ki, zәruri tәdbirlәr
görülüb. Tezliklә özüm dә buna әmin oldum. Bu dәfә
horranı turneps vә kәlәmdәn bişirmişdilәr. Bu yemәyi
çox bәyәnirdim, üstәlik, lazaret üçün tәsәvvür elәmәk
çәtin deyil, horranın qatı yerindәn, qazanın lap dibindәn
tökürdülәr vә bu, mәnim daha çox ürәyimә yatdı.

Gecәni orada – lazaret çadırında, әn yuxarıdakı
yarusda keçirdim, özü dә tәk. Adamı son dәrәcә narahat
edәn bircә şey vardı: ishal olanda ayaqyoluya öz
ayağımla gedә bilmirdim. Әvvәlcә pıçıltıyla, sonra
hündürdәn, daha sonra var sәsimlә bağıraraq kömәyә
   157   158   159   160   161   162   163   164   165   166   167